Siyasət

“3+3” formatında görüş bu il keçirilə BİLƏR

Regiondakı problemlərin həlli üçün ən faydalı format “3+3” formatıdır. Analoq.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib. O qeyd edib ki, digər dövlətlərin müdaxiləsi vəziyyəti gərginləşdirməklə yanaşı, Cənubi Qafqazda eskalasiyanı da artırır. Səfirin sözlərinə görə, “3+3” formatı üzrə növbəti görüş bu il baş tuta bilər. Cəlali Gürcüstanın da bu formatda iştirakına ümid etdiyini bildirib. Qeyd edək ki, ötən ilin oktyabr ayında İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilib. Gürcüstan görüşdə iştirak etməyib.modern

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button