Manşet

Füzuli döyüşlərinin qazisindən İlham Əliyevə: “Atamı əfv edin”

Vətən müharibəsi döyüşlərinin iştirakçısı, qazi İbrahim Zeynalov Prezident İlham Əliyevə müraciət edib. Analoq.az Reportyor.infoya istinadən xəbər verir ki, Füzuli döyüşlərində yaralanmış qazi atası Aynur Zeynalov üçün dövlət başçısından əfv istəyib.Onun sözlərinə görə, atası Zeynalov Aynur Şamil oğlu 7 ildir həbsdədir. Qazi qeyd edib ki, atası həbsdə onkoloji xəstəlikdən əziyyət çəkir və azadlığa çıxmasına 8 ay qalıb: “Cənab Prezident, bizim üçün atamın həyatında hər saniyə əhəmiyyətlidir. Onun 8 ay qalmış azadlığa buraxılması müalicəsi üçün önəmlidir. Ona görə Sizdən xahiş edirəm ki, atamı əfv edəsiz, azadlığa çıxsın və ağır xəstəlikdən müalicəsini davam etdirə bilsin”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button