DünyaSağlamlıq

Yaponiyada koronavirusa qarşı ömürlük immunitetə malik peyvənd hazırlanır

Tokio Tibb Elmləri İnstitutunun mütəxəssisləri ömürlük immunitetə malik koronavirus əleyhinə peyvəndi üzərində işləyirlər. Alimlər 18-ci əsrdə britaniyallı həkimi Edvard Cenner tərəfindən hazırlanmış çiçək xəstəliyinə qarşı peyvəndi əsas götürrərək təcrübəni davam etdirirlər.Mütəxəssislər yan təsirləri az olan, xüsusi daşınma və saxlama üsullarına ehtiyac duymayan rekombinant vaksiniya virusu yaratmaq niyyətindədirlər.

Bildirilib ki, ömürlük effektivliyə malik vaksinin yaradılması dünyaya COVID-19 ilə mübarizədə üstünlük verə bilər.

Quş qripi genini kodlayan rekombinant vaksiniya virusu vurulan siçanlar üzərində aparılan təcrübələr 20 aydan çox davam edəcək yüksək antikor səviyyələrini göstərib.

Gələn il Yaponiyanın dərman istehsalçısı “Nobelpharma” “Kohara” adlanan peyvəndin Faza I və Faza II klinik sınaqlarını keçirəcək./apa

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button