Cəmiyyət

Əxlaqsızlıq yuvasında əməliyyat: həbs edilənlər var

Bakının Nərimanov rayonunda əxlaqsızlıq yuvası təşkil edən şəxslər həbs edilib.Analoq.az-ın əldə etdiyi məlumata görə, Həşimov Anar Soltanağa oğlu və Əzimova Mehparə Xəlil qızı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

İstintaq araşdırması zamanı hər iki şəxsin Nərimanov rayonu ərazisində əxlaqsızlıq yuvası təşəkil etmələri, yüngül həyat tərzi keçirən bir neçə qadını fahişəliyə cəlb etmələri, onları kişi müştərilərlə görüşdürüb və maddi gəlir əldə etmələri müəyyən olunub.

İstintaq orqanı tərəfindən Anar Həşimov və Mehparə Əzimovanın barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan olunub.

İstintaq davam edir.

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close