Ölkə

“EuroHome” tikinti materialları bazarının bir qrup sahibkarı ölkə başçısına müraciət edib – VİDEO

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında ötən il dekabrın 10-da və bu ilin may ayının 11- də baş vermiş yanğından zərər çəkmiş sahibkarlar ölkə başçısına müraciət ediblər.

Analoq.az xəbər verir ki, sözügedən bazarda baş verən məlum yanğın hadisələrindən zərər çəkən bir qrup sahibkar ölkə başçısına videomüraciət edərək bildiriblər ki, onlara dəyən ziyanın bu və ya digər formada ödənilməsi bazar rəhbərliyi tərəfindən qəti şəkildə rədd edilir.

Sahibkarların bildirdiyinə görə, onlara onlara külli miqdarda ziyan dəyməsinin səbəbi bazarın yanğın təhlükəsizliyi qaydaları tələbinə cavab verməməsi olub.

Hazırda yanğınla əlaqədar başlanmış istindaq bitmədən bazarın tam fəaliyyət göstərməsinə baxmayaraq, zərərçəkmiş sahibkarların aidiyyatı qurumlara dəfələrlə etdikləri müraciətlərə baxılmadığından, onlar bu formada ölkə başçısına müraciət ediblər.azadmedia.az

Analoq.az

Daha çox
Back to top button
Close