Cəmiyyət

Tanınmış şair Dilqəm Əsgərovun xanımının kəsilən təqaüdündən yazdı


Nəzmiyyə HİCRAN
Şair-Publisist /SAKARYA

Artıq altı ildir ki, erməni girovluğunda qalan soydaşımızın Dilqəm Əsgərovun xanımı Firuzə Əsgərova 220 manat təqaüd alırdı, O, ikinci qrup əlildir. Övladları Kürdoğlu Əsgərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən anasının təqaüdünün kəsildiyini bildirir. Sahil Babayevə müraciət də edib…

Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirliyində həm də öz dədə-baba torpaqlarında işgəncələrə məruz qalmaqdadır.

Onlar əzizlərinin məzarını ziyarət etmək üçün aylarla addım-addım yollar, dağlar qət etdilər və illərdir ki, əsir həyatının insanlığa sığmayan məşəqqətini yaşayırlar və onlar o torpağın övladlarıdır, erməninin toyuğunu belə öldürməyiblər. Onlar sadəcə Azərbaycanlıdırlar. Onların əsir səbəbinin bircə adı var ki,o da Vətən sevgisidir!

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərərkən erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan, əsir götürülüb və onun ailəsi-uşağı üsyan edir…

Bəs Dilqəm Əsgərovun ailəsi-uşağı nə etməlidir və yüzlərlə belə soydaşlarımız var. Mən Kəlbəcər köçkünlərindənəm və bu acılar mənə o qədər yaxındır ki, susub tamaşa edə bilmirəm!

Cənab nazir, odu sönmüş ocağa su tökməkdənsə kömür atmaq lazımdır ki, külü soyumağa imkan verməsin, yaşamağa azca da olsa ümüdü olsun…

Firuzə Əsgərovanın əməkli maaşına ehtiyacı vardır. İllərdir ki, Cənab Prezident İlham Əliyev, Dilqəm Əsgərov və Şahbaz Quliyevi erməni girovluğundan xilas etmə mücadiləsini hər birimiz müşahidə edirik. Onun xanımının, Firuzə Əsgərovanın təqaüdünün kəsilməsi və bu xəbərin mətbuatda yayılması hər kəs kimi məni də çox üzdü.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button