İdman

“Qarabağ” kifayət qədər keyfiyyətli oyun nümayiş etdirdi”

“Qarabağ” kifayət qədər keyfiyyətli oyun nümayiş etdirdi”.Bu sözləri AZƏRTAC-a açıqlamasında Almaniyanın “Bayer” komandasının müdafiəçisi Conatan Tah UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

Almaniya millisinin üzvü bildirib ki, görüş onlar üçün asan keçməyib: “Qarşımızda çox istəkli komanda var idi. Fikrimcə, “Qarabağ” yaxşı qurulmuş kollektivdir. Bizə qarşı da kifayət qədər əla oyun nümayiş etdirdilər”.

28 yaşlı futbolçu “Qarabağ”a qarşı doğma meydandakı oyunun da asan keçməyəcəyini söyləyib: “Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik. Tofiq Bəhramov adına Respublika Stadionundakı atmosfer də əla idi”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə cavab qarşılaşmasını martın 14-də Leverkuzendə keçirəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button