Ölkə

Ucarda Qarabağ əlilinə qarşı hörmətsizlik

İkinci qrup Qarabağ əlili , Ucar rayon Təzə Şilyan kənd sakini Ağayev Mehdi Dəmir oğlu 2003-cü ildə torpaqlarımızın azadlığı uğrunda sağlamlığından məhrum olub.

2008-ci ildən ev növbəsində olan Qarabağ əlili deyir ki,hər dəfə icra başçısının qəbulunda olanda süni bəhanələrlə mənim işimə köməklik etməkdən imtina edir.

Belə ki Ucar rayon icra başçısı Mənsur Məmmədov evlə bağlı topladığım lazımı sənədlərə hər dəfə baxandan sonra məni İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramova yönləndirir. Məhəmməd müəllimin qəbulunda dəfələrlə olmuşam.Hər dəfəsində də deyir ki, bu sənədlər sabiq icra başçısı Arzu Qafarovun dövründə verilib.Bunun bizə aidiyyatı yoxdur.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev hər zaman Qarabağ şəhidlərinə, qazilərinə öz diqqət və qayğılarını əsirgəmir. Daim onların sosial problemlərinin həll edilməsi yolunda sərəncamlar verir.

Xüsusi olaraq qeyd etməliyik ki,bu günə qədər Bakıda, həm müxtəlif bölgələrdə cənab prezidentin birbaşa göstərişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün binalar tikilir.

Ölkə başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş mənzillərin açılışında iştirak edir, mənzillərdə yaradılan şəraitlə yaxından tanış olur.Onların problem və qayğılarını dinləyir.

Aparılan uğurlu siyasətin nəticəsidir ki,
Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesi də uğurla başa çatıb

Yüksək səviyyədə görülən işlərə ancaq nədənsə bəzi məmurlar öz çirkin əməlləri ilə kölgə salmağa can atırlar.Vətəndaşlara qarşı haqsızlıq etməkdən də çəkinmirlər.

Analoq.az ikinci qrup Qarabağ əlili Mehdi Ağayevin ölkə başçısına ünvanladığı video müraciəti təqdim edir:

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close