Siyasət

SOROS-un Emin balası…

Bu adam Emin Hüseynovdur. Bloger Mehmanın qardaşı. Biz zamanlar qardaşı Mehmana cinsi azlıq, psixoloji xəstə də deyirdi. Artıq qrand ala bilmək üçün. Indi yenə dincliyi yoxdur. Canlı yayında nədən və niyə danışdığını qısaca sizə yazıb linki komment bölümünə atacağam. Bilirəm, çoxunuzun acığı tutacaq. Amma bilin və agah olun bu adam, sıradan biri deyil. Və məhz bu məqamda, döyüşlərin həlledici günlərində ortaya boşuna çıxmayıb. Bu adam, Leyla Yunusla, Arif Yunusla birgə ermənilərə çalışır. Leyla o Leyladır ki, Azərbaycanda törətdiyi cinayətlərin cəzasını çəkməsi üçün Bakıda həbs ediləndə, Qərb və Avropanın Bakıdakı diplomatik korpusu ona məhbəsdə sözün həqiqi mənasında keşik çəkdi. Sonrasında onu ölkədən qaçıra bildilər. Çünki ciddi məlumat bazası idi. Onun saxlanmasına SOROS başda olmaqla, digərləri də yol verə bilməzdi.

Zamanında Mehmanla bağlı da yazanda da bilirdim ki, onu ulduza çevirib dövləti “sillələyəcəklər”. Proses hara deyirdimsə ora dirəndi. Balaca bir oğlana görə, bir də hikkəli məmurlar üzündən, Azərbaycan dövlətinin başına gəlməyən qalmadı. Bunları yazdığıma görə isə övladlarım, ailəm və özüm söyüş sahibi olduq.

Indi də Emini deyirəm, hər şeyi gözə alaraq. Bu adam mühacirdə söyüş müxalifətinin “kaşelyokudur”. ATƏT, AŞPA, Avroittifaq, Amerika, SOROS institutları, adamları və sairlər, mühacirətdə Azərbaycanın siyasi rəhbəri, habelə dövləti əleyhinə iş aparan hər kəsi Yunuslarla paralel, Emin Hüseynovla da danışır, məsləhətləşir. Bu adam həm də “verbovka” maşınıdır.

Indi nə baş verir? Indi həmin söyüşçülərin necə deyərlər şəltəsi işləmir. Yəni onlara qulaq asan narqzı təbəqənin özü belə ağızlarını açmağa mafal vermir. Dövləti, Prezidenti təhqir etmək işi effükt vermir. Çünki Qarabağ savaşı ölkədə gözlənilmədən hər şüyin istiqamətini dəyişib. Bunların da əllərindən mövzuları alınıb. Camaata beynəlxalq insan haqları təşkilatı kimi sırıdıqları, əslində xarici kəşfiyyata işləyən donorlar da indi bunları dirəyib divara ki, nə edirsən et, Azərbaycanda durumu yenə qarışdır, bizə lazım olan vəziyyətə gətir. Yəni sosial-siyasi partlayış həddinə. Yenə insanlar küçəyə axsın, yenə siyasi məhbus məsələsi gündəm olsun, yenə xaricə işləyən müxalif radikal güclər dirilsin, bir sözlə dövlətlə xalq arasında yenə uçurum yaransın. Bunlar nə edəcəklərini bilmir. Çünki indi hər kəs dövlət adı çəkəni iki gözündən edər. Indi bu Emin düşüb ortaya nə edir? Guya sosial narazılıq yaradır. Dirəşib müharibədə Azərbaycanın itki sayına. Gah öz yanından statistika deyir. Gah statusları güdür, dənə-dənə şəhid sayır. Gah da müraciət edir insanlara ki, bəs əlinizdə olan məlumatları verin tirajlayaq, müzakirə edək görək Azərbaycan niyə şəhid sayını gizlədir?

Ay rəzil, deyirəm biləsən. Azərbaycan şəhid ailələrinə bütün dəstəyi verir. Azərbaycan hörmətlə-izzətlə şəhidlərini dəfn edir. Və ay biçarə Azərbaycan vətəndaşı bilə-bilə bu savaşa qol qoyub. Varıyla-yoxuyla ordusunun yanındadır xalq. Azərbaycan vətəndaşı bilir ki, bu təkcə torpaq savaşı deyil. Bu savaş şəxsiyyətimizdir, milli kimliyimizdir, mənəviyyatəmızdır. Əli balasının qanına bulaşan Azərbaycan anası, bu gün yüyürür kamera qarşısına ki, mən Ilhama inanıram. Bu gün Azərbaycan xalqı bilir hansı yolu turub. Və sən yaxşı bilirsən ki, müharibədən sonrakı Azərbaycanda sənin görəcəyin iş olmayqcaq. Bu gün hesabat verdiyin yerlər, sabah, xərclədiyin yüz minlərin hesabatını bir sentinəcən səndən almamış əl çəkməyəcək. Leyla Yunusun ətəyindən yapışa-yapışa erməniyə göstərdiyiniz xidməti mütləq burnunuzdan gətirəcək Azərbaycan xalqı və dövləti. Və əziz oxucu, nə bu vətən xainlərindən, onların danışdıqlarından dövlətə, millətə bu günəcən bir fayda olmayıb, nə də olmayacaq. Bunlar vətən satıb, xarici donor təşkilatlara, kəşfiyyata çalışıb, həmişə Azərbaycan dövlətində hərc-mərcilik təşkil ediblər. Lütfən bu adamların fəaliyyət göstərdiyi profilləri hər kəs şikayət etsin. Bizsə güclü, bütöv, müstəqil dövlətimizi ermənilərdən təmizləmək üçün oedumuza və komandana dəstəyə davam edək. Bu dövlət, bu xalq güclü olmasa onunla kimsə hesablaşmayacaq. Unutmayaq, biz iki yüz ilə yaxındır susqunluğumuzun, süstlüyümüzün, səssizliyimizin, yazıqlığınızın üzərindən qara xətt çəkmişik. Yol verməyək ki, emillərin havadarları işimizi yarıda qoymağa müvəffəq olsunlar.

Jalə Mütəllimova.
29.10.2020

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button