Cəmiyyət

Mağazalarda tapılmayan İsrail bayrağı və İsrailin Azərbaycan üçün əhəmiyyəti…

Azərbaycanda Rabitə sistemi olmadığı bir vaxtda İsrail şirkəti- Bakcell yaradılır və Azərbaycanda ilk mobil operator olur. Hazırda ölkə büdcəsinə ən çox gəlir gətirən şirkətlərdəndir. İsrail öz neft ehtiyacının 40 faizini Azərbaycandan qarşılayır və hal-hazırda qaz idxalı ilə əlaqədar danışıqlar aparır. İsrail dünyada yaxın əməkdaşlıq apardığı yeganə müsəlman ölkəsi Azərbaycandır.

1992-ci ildə Ermənistana qarşı 822 saylı Qətnamə qəbul olunarkən, Təhlükəsizlik şurasının sədri İsrail idi və bu qətnamənin qəbul olunmasında önəmli rol oynadı. Qətnamədə Ermənistanın dərhal Azərbaycan torpaqlarından çıxması əmr olunur. Avropa, ABŞ, Belarus, hətta Ukraina Azərbaycana yerüstü silahların satılmasından imtina etdiyi bir vaxta, Azərbaycana dünyanın ən müasir silahlarını satmağa razılıq verdi. Bu silahlar sayəsində hal-hazırda ordumuz böyük əksəriyyətini Rusiyanın köhnə silahlarını almaqla təmin edən Ermənistana nisbətdə dəfələrlə güclü bir haldadır. Hazırda erməni generalları da Azərbaycan ordusunun daha güclü silahlarla təmin olunduğunu etiraf edir.

Hal-hazırda gedən döyüşlər zamanı ordumuzun istifadə elədiyi Harop kamikadze dronları, Arrow anti-ballistik raket sistemi, Barak-8 zenit-raket kompleksi, ORBİTER 2M, Aerostar kimi pilotsuz uçuş aparatları və sair silahlar İsrail istehsalıdı. İsrailin Baş naziri belə bir çıxış eləmişdi, “Azərbaycanla müharibə edən heç bir dövlətə silah satmarıq”
Beləliklə; İsrail Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsində çox mühüm rol oynayaraq, dostluq münasibətini və ölkəmizin təhlükəsizliyinin, milli maraqlarımızın qorunmasında maraqlı olduğunu ortaya qoymuş oldu.

Azərbaycan Fələstinin müstəqilliyini tanıdığı halda, İsrail Qarabağın müstəqilliyini tanımır və Azərbaycandan belə tələbi olmayıb. Halbuki Fələstin Ermənistanı və onun Qarabağdakı mövqeyini dəstəkləyir.

Yəhudi lobbisi bir çox ştatlarda Xocalı soyqırımının tanınmasında əhəmiyyətli rol oynayıb. Yəhudi lobbiləri Azərbaycanən mövqeyini, dövlətçiliyini dəstəkləyir. Yahudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərirlər. ABŞ-dakı yəhudi lobbisi daim Azərbaycanın maraqlarını müdafiə edib. Əgər Azərbaycanın maraqları bu qədər müdafiə olunmasa idi, erməni lobbisi ABŞ-Azərbaycan münasibətlərini pis günə sala bilərdi. Amma Amerikadakı yəhudi lobbisi buna imkam tanımır və hazırda Azərbaycan və yəhudi lobbisinin əməkdaşlığı eməniləri qorxuya salan əsas amillərdən biridir.

Azərbaycanda 20 000-ə yaxın yəhudi var vә onlar bu dövlətə xaricdən ən çox investisiya cəlb edənlər arasındadır və bütün azərbaycanlı yahudilər Azərbaycanı ürəkdən öz vətənləri kimi sevirlər. İnsanların çoxu milli qəhraman Albert Aqarunovu tanıyır, amma başga Qarabağ müharibəsində həlak olmuş yəhudi əsilli şəhidləri də vardır. Rəfayel Simaxov,Samir Xanukayev, Baxşı İsayev, Сəvahir Hayimov və sair kimi yahudilər birinci Qarabağ savaşında döyüşərək şəhid olublar. Əsəd Həmidov isə itkin düşmüş hesab edilir. Həyatda olub olmaması barədə heç bir məlumat yoxdur. İndi həyatda olan Qarabağ döyüşcülərindən qazi və veteranlardan; Elxanan Raziel, Vaqif Abramov, Mişa İlyayev, Qerman Hüseynov, Arif Abramov, Elxan Yusifov və digərlərinin adını çəkmək olar.

İndiki müharibə zamanı Avropa Liqasında İsrailin Makkabi klubuyla Qarabağ oyunu keçirildi. Qarabağ futbolçuları Təl-Əvivdə “Qarabağ Azərbaycandır” şuarı ilə qarşılanmışdı. İndiyə qədər heç bir ölkə Qarabağ komandasın bu cür qarşılamayıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncədə terror hücumları nəticəsində dağılan evləri ziyarət edib, həlak olan soydaşlarımızın ruhuna dualar edib, güllər qoyan ilk səfirdi. Eyni zamandan İsrailin Tel-Aviv şəhərində Azərbaycan Ordusuna dəstək mitinqi keçirildi. Həmçinin Azərbaycanda yaşayan aşkenazi yəhudiləri Bakıda yerləşən sinaqoqa yığışaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda davam edən gərgin savaşda şanlı ordumuzun mütləq qələbə qazanması üçün dua etdilər və ravvinlər növbəti mərasimi məhz Şuşada keçirəcəyik fikirlərini səsləndirdi.

İsrailin keçmiş Müdafiə Naziri Aviqidor Liberman bir çıxışında; “Haqq-ədalət Azərbaycanın yanındadır. Son nəfəsimizə qədər Azərbaycanın yanındayıq, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyüdür! İsrail heç vaxt və heç bir zaman Azerbaycan ərazisini status-kvo kimi tanımayacaq” dedi.

Ermənilər dünyanın müxtəlif yerlərində yəhudilərin məruz qaldıığı Holokostun anımına ucaldılmıış abidələri İsrailin Azərbaycanın mövqeyini dəstəklədiyi üçün təhqir edirlər.

Bu gün artıq tarixi faktdır ki, Avrasiyada elə bir ölkə yoxdur ki, onun İsrail ilə strateji qarşılıqlı münasibətləri Azərbaycanın İsrail ilə münasibətlərindən daha sıx və daha dərin olsun.

Belə olmasına baxmayaraq hələ də mağazalarda İsrail bayrağın tapmaq çətin məsələdi. Çox demirəm, heç olmasa mağazalar İran bayralarının bir faizi qədər İsrail bayrağı təmin etsin. Hətta biz Azərbaycanda olan yeganə Yahudi Mediası olaraq istifadə etməyimiz üçün İsrail bayrağı tapmaqda çətinlik çəkirik.

Mənbə: Azerbaijan Jewish Media

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button