Cəmiyyət

Milli Cəbhə Partiyası – MCP-nin BƏYANATI

Azərbaycan Ermənistan münasibətlərinin normallaşmağa doğru inkişaf etdiyi bir zamanda, hər iki tərəfin sülh mesajları verdiyi bir məqamda Fransa prezidenti Emanuel Makronun son fikirləri, Ermənistanı açıq şəkildə dəstəkləməsi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması, qərəzli, ədalətsiz fikirlər səsləndirməsi başa düşülən deyil və yaxud da hər şey tam aydındır.

Fransa prezidentinin son bəyənatında kimin haqqlı olması deyil, Fransanın Ermənistana vəkillik, hamilik və sahiblik edəcəyi açıq mətnlə dilə gətirilir. Milli Cəbhə Partiyası bu açıqlamaların münaqişəyə ədalətli münasibətdə bir tərəfin müdafiə olunması kontekstində yolverilməz olduğunu bildirir. Fransa dövlətinin rəsmiləri tərəfindən qərəzli açıqlamaların verilməsini Fransa dövlətini qərəzli tərəf kimi göstərməkdədir.

Fransa prezidentin bu yanaşması rəsmi Parisin regionda sabitliyin, sülhün yaranmasında deyil, təəssüf ki, münaqişə ocaqlarının davam etməsində maraqlı tərəf olduğu fikrini yaradır. Bu, eyni zamanda Türkiyənin refionda artan nüfuzuna, Türkiyə-Azərbaycan qardaşlığına qarşı addım kimi görünür. Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev də bu barədə danışarkən demişdir ki, “Fransa prezidentinin Azərbaycan-Türkiyə dostluğunun Ermənistana qarşı ittifaq kimi görməsini də qəbul etmirik. Türkiyə bütün dünyanın qəbul etdiyi şəkildə Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir və Ermənistanla münasibətlərin normallaşması üçün konkret addımlar atır. Fransanın isə Ermənistanla dostluq münasibətləri müstəvisində Azərbaycanın beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri şübhə altına alınır və bunu yolverilməz hesab edirik”.

Milli Cəbhə Partiyası hesab edir ki, bir qədər əvvəl İran İslam Respublikasının Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana qarşı çıxışları, indi isə Qarabağla bağlı Fransa prezidenti Emanuel Makronun qərəz dolu fikirləri Ermənistanın hər zaman başqa dövlətlərin regiondakı maraqlarına alət olduğu fikrini möhkəmləndirir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button