Qarabağ

Ağdamın 6 kəndində məskunlaşan ermənilərə sabaha qədər vaxt verilib

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr razılaşmasına əsasən, noyabrın 20-dək Ermənistan ordusu Ağdam rayonunu tərk etməlidir.Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1993-cü ildə rayon ərazisi işğal olunduqdan sonra Ağdamın 6 kəndində erməni sakinlər qanunsuz məskunlaşmışdı.

Rəsmi İrəvan həmin kəndlərdə yaşayan ermənilərdən noyabrın 19-u gecə saat 23:00-a qədər bu yaşayış məntəqələrindən çıxmağı tələb edib.

Kəndlərin erməni sakinləri Ağdamı tərk etməyə hazırlaşır. Xankəndindəki separatçıların nümayəndələri həmin kəndlərdən çıxacaq erməniləri Ağdərədə yerləşdirəcəklərini bəyan ediblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button