Cəmiyyət

Tərtərdə FALÇILIQ EDƏN dələduz idman müəllimi Qismət kimdir?

Tarix boyu həyatda yaxşı insanlarla yanaşı, şərçi, iftiraçı, xətəkar, dələduz adamlar da çox olub. Adətən belə adamlar savadsız, səfil həyat tərzi yaşayan əyyaş, pozğun və simasızlar olub. Amma belələri savadlı, ziyalı, müəllim, qazi cildinə girəndə daha dəhşətli olur.
Analoq.az Cnnnews.az saytına istinadən xəbər verir ki, Tərtər şəhərində yaşayan, aldığımız məlumata görə, orta məktəbdə müəllim işləyən, əslən Kəlbəcərdən olan Qismət də belələrindəndir. Məlumata görə, dəfələrlə Tərtər Rayon İcra Hakimiyyətinə qarşı da şantajyor işlər göstərərək özünə maddi, sosial baza düzəldib.
Qeyd edək ki, Qismət bədən tərbiyəsi müəllimi olsa da Tərtərdə, Qazaxda, Ağstafada və digər bölgələrimizdə falçılıqla, cadugərliklə də məşğul olur. Mütəxəssislərin rəyinə görə ərəb əlifbasından bircə hərf belə bilməyən Qismət adlı bu şəxs müqəddəs Qurani Kərimi qarşısına qoyub qadınların taleyinə baxır, onlara dua yazır, cadu edir və sair çirkin əməllərinə davam edir.
Bu əməlləri azmış kimi qələbəmizə kölgə salacaq anti-milli hərəkətə yol verir, dövlət əleyhinə təbliğat aparır, təxribata cəhd edir. Belə ki, özünü Müsavat partiyasının Tərtərdə şöbə sədri adlandıraraq dövlət rəsmiləri haqqında ermənipərəst fikirləri cəmiyyətə aşılayır. Tovuz rayonundan olan Məzahir adlı şəxslə əlbir olaraq Qərb zonasında da dələduzluq və anti dövlət təbliğatı ilə məşğul olurlar. Əsas işləri də insanlarla tanış olub, sonra onların üstünə şər ataraq, hədə-qorxu, şantaj yolu ilə pul tələb etməkdir.

Hazırda bir neçə ziyalı şəxs şikayət edərək hüquq mühafizə orqanlarına da müraciət etdiklərini bildirdilər. Sayt bu məsələni ciddiyə alaraq ətraflı araşdırmaya başlayıb. Belə ki, həmin ziyalı şəxsləri əslən Kəlbəcərdən olan, Tərtərdə yaşayan, cadugərlik və falçılıq yolu ilə dələduzluq əməlləri törədən idman müəllimi Qismət adlı şəxs Tovuz rayonundan olan Məzahir adlı, özünü xalq şairi, xalq yazıçısı adlandıran şəxslə əlbir olaraq bu şəxslərdən şantaj və hədə yolu ilə 6 min manat pul tələb edirlər. Əks halda bu şəxsləri Bakıda qətlə yetirib rayondan Bakıya gedib-gələn ot maşınlarında Tərtərə gətirib basdıracağı ilə hədələyirlər.
Mütəmadi olaraq erməni millətini müdafiə edən Qismət Qarabağ qazilərini hörmətdən salmaq üçün özünü qazi adlandırır. Biz bu məsələyə həm Təhsil Nazirliyinin, həm də Qafqaz Müsəlmanları İdarəsinin aydınlıq gətirməsini istəyirik. Çünki məktəb müəlliminin falçılıq və dələduzluq bir yana, xalqın, dövlətin əleyhinə təbliğat aparması cinayət məsuliyyətinə səbəb olur. Yüzlərlə, minlərlə insana zərər, ziyan vuran Qismətin arxasında duran qaranlıq qüvvələr ortaya çıxmalıdır. Özü bir neçə vəzifəli məmurun adını çəksə də ən doğru olanı hüquq mühafizə orqanları araşdırmalıdır.
Bu şəxsin illərlə törətdiyi silsilə, son dərəcə çirkin, xalqın, millətin əleyhinə yönəlmiş cinayətlər haqqında ardıcıl məlumatlar veriləcək. Eyni zamanda hüquq mühafizə orqanlarının bu şəxs barədə son dərəcə ciddi tədbir görməsi üçün ardıcıl vətəndaş şikayətləri dərc ediləcəkdir.
Müharibədən çıxan, pandemiya vəziyyəti yaşayan ölkə üçün belə dələduzların rayonlara düşərək kasıb əhalini istismar etməsinə himayədarlıq edən məmurların da ifşa edilməsi uzaqda deyil.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button