İdman

Teymur Rəcəbovdan möhtəşəm qələbə: Ermənini yenib çempion oldu!…

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşləri başa çatıb.

Analoq.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün sonuncu və həlledici oyuna çıxıb.
Təmsilçimiz inamlı qələbə qazanaraq nüfuzlu turnirin çempionu olub.
Ötən gün dörd oyundan ibarət qarşılaşmada T.Rəcəbov qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanmağı bacarıb – 2,5:1,5.
Bu gün keçirilən dörd qarşılaşmadan birincini heç-heçə, ikincisini isə qələbə ilə bitirən Rəcəbov böyük üstünlük əldə edib. Üçüncü qarşılaşmada əldə etdiyi heç-heçə növbəti oyunu mənasız edib. Təmsilçimiz bununla da qələbəni vaxtından əvvəl təmin edib.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanır. (Yenicag.az)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button