CəmiyyətRegionŞikayət

Cəlilabad rayonu qazi Qurban Məmmədovun evi qəzalı vəziyyətdədirVİDEO/FOTO

Cəlilabad rayon sakini,44 günlük müharibənin qazisi Qurban Əlifağa oğlu Məmmədov, iki uşaq atası olan qazimizin durumu heç də ürəkaçan deyil. Qazimizin bizə və ŞQGİD könüllü ictimai birliyinə gələn müraciəti əsasında Cəlilabad rayon icra hakimiyyətinə müraciət etmişdik.Müraciət qazimizin evinin uçuq,qəzalı vəziyyətdə olmasından bəhs edirdi. Az müddətdə evin tikintisinə qərar verilmişdi.

Tikintinin gedişatı və qazimizin vəziyyətini yerindəcə öyrənmək üşün çəkiliş qrupumuz 13 oktyabr 2022 ci il tarixində ŞQGİD İB nin sədri İltifat Məmmədov və birliyin region üzrə səlahiyyətli nümayəndəsi Əfsanə Soltan Xəlilbəylinin təşəbbüsü ilə bir qrup heyətlə Günəşli kəndinə qazimizin evinə yollandıq.

Gəlişimizdən yerli icra nümayəndələri də xəbərdar idi. Günəşli kənd inzibati ərazi icra nümayəndəsi Eldəniz Cəfərov və müavini Səfərov Vüsal da gəlmişdilər.Gördüyümüz mənzərə heç də ürəkaçan deyildi,Həm qazimizin səhhəti və iki azyaşlı körpənin yaşadığı uçuq,köhnə ,bir tərəfinin tavanı olmayan evdə bu ailə qışı necə qarçilayacaq?

Üstəlik evin damının bir tərəfi də açıq,yağan yağışlar evin içinə damır. Eldəniz Cəfərov yaxın vaxtlarda evin damının örtüləcəyini bildirdi.

Yeni tikilidə isə iş dayanmışdı,daş qurtarıb ,gələsidir,dedilər. Bizə elə gəldi ki.işlər bir az ləng gedir,ən azı 40 günlük müddətdə evin daş hörüyünü bitirmək olardı.

Ümid edirik ,soyuq qış aylarını bu ailə üstü açıq, yarı qəzalı evdə keçirməyəcək. Təqdim etdiyimiz süjetdə təfsilatı ilə hər şeyi anlatmışıq. Qazimiz yaxın günlərdə növbəti əməliyyatına gedəcək, ayağında 22 tikiş olan ,bədənində qəlpələrlə gəzən Qurban Məmmədovun hələ də əlilliyi təyin olunmayıb. 80 manat veteran pulu ümidinə qalan 4 baş ailə, Sosial müdafiə fondu,Cəllilabad Rayon İcra hakimiyyəti, digər dövlət qurumları ,bu nüansa diqqət yetirin..

Unutmayaq ,qələbəni Qazilərimizə Və Şəhidlərimizə borcluyuq.

QEYD: qazi Məmmədov Qurban Əlifağa oğlu Cəbrayılın,Qubadlının,Zəngilanın,Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş və Prezidentimiz tərəfindən Cəbrayilin,Qubadlının azad olunmasına görə medalı ilə təltif edilmişdir.Qazimizin Yint-ə verdiyi məlumata görə yaxın vaxtlarda Cəsur döyüşçu medalı da təqdim olunacaqdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button