Elm və təhsil

Təhsil naziri teatr işçisinə yeni vəzifə verdi

Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalına yeni baş redaktor təyin edilib.Analoq.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, baş redaktor vəzifəsi Arzu Bəyimə həvalə olunub.

O, bu təyinata qədər Bakı Uşaq və Gənclər Teatrında Ədəbi hissə müdiri işləyib.

A.Bəyim “Report”a açıqlamasında planlarından danışıb. O bildirib ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycanın ən yaşlı mətbuat orqanlarından biridir, 1934-cü ildən nəşr olunur: “Jurnal elmi-nəzəri-pedeqoji mətbuat orqanıdır. Məqsədimiz jurnalı daha da genişləndirmək və dünya standratları səviyyəsində dərc etməkdir. Eyni zamanda jurnal vasitəsi ilə dünya elminin yeni nailiyyətlərini Azərbaycana gətirmək, Azərbaycan elminin nailiyyətlərini isə dünyaya çatdırmaqdır”.

Qeyd edək ki, Arzu Bəyimdən öncə jurnalın baş redaktoru Ramil Nəcəf olub/mia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button