Cəmiyyət

Müasir Müsavat Partiyasının növbəti toplantısı keçirildi – Fotolar

En
Müasir Müsavat Partiyasının növbəti toplantısı keçirildi – Fotolar
14:03 / 28.04.2022

A- A+
Bu barədə Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova məlumat verib. Məlumatda deyilir:

Bu gün Müasir Müsavat Partiyasının qərargahında növbəti toplantı keçirildi. Müasir Müsavat Partiyasının sədr müavini İbrahim Həsənov, eyni zamanda Sabunçu rayon təşkilatının sədri Mahmud müəllim və üzvləri Rafiq müəllim, Səyyaf müəllim toplantıda iştirak etdilər.

Sabunçu rayon təşkilatının sədri partiyaya üzv olan yeni şəxslərin qəbul sənədlərini təqdim etdi. Həmçinin toplantıda iştirak edənlər qərargahlarının olmasını gündəm mövzu kimi diqqətimizə çatdırdılar.

Toplantıda ölkədə və dünyada baş verən son hadisələr barədə fikir mübadiləsi aparıldı. Ölkəmizdə baş verən həm siyasi, iqtisadi, sosial hadisələri təhlil etdik. Müasir Müsavat Partiyası olaraq xalqımızın yanında olduğumuzu bir daha diqqət mərkəzində saxladıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button