Elm və təhsil

Tanınmış yazıçı -publisist Natəvan Dəmirçioğlu ustad dərsləri aparır- FOTOLAR

Tanınmış yazıçı- publisist, filologiya üzrə fəlsəfə doktoru, media eksperti Natəvan Dəmirçioğlu AzTV- nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında ustad dərsləri aparır. Teleradio Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərdə deyilir ki, Teleradio Akademiyasının müəllimi Natəvan Dəmirçioğlu radio qrupunun müdavimləri ilə birgə hazırladığı süjetlərin təqdimatını keçirib.

Süjetlərin mövzuları aşağıdakı kimidir:

– “Azərbaycan Xalq Cümhuriyyətinin etdiyi yeniliklər”;
– “Əziz Şuşa, biz qayıtmışıq”;
– “Azərbaycançılıq əsas ideologiyamızdır”;
– “Ulu Öndərin ordu quruculuğu zəfərimizdə özünü göstərdi”.

Tədbir elmi-nəzəri-təcrübü əhəmiyyəti ilə yadda qalıb. Bu ilin müdavimləri arasından fərqlənən, yaradıcı işlərini Akademiyanın rəhbərliyi, müəllimlər, qonaqlar qarşısında təqdim edən Aysel Əlili, Röya Nəbizadə, Afər Piriyeva, Təcri Həsənli sonda təşəkkürlərini bildiriblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button