Gündəm

Binəli Yıldırım Azərbaycanda qəzaya düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırım yol qəzasına düşüb. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Binəli Yıldırımın içərisində olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb.

Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan Yıldırım təcili yardımla hadisə yerini tərk edib.

Yıldırımın səhhətinin yaxşı olduğu və Türkiyəyə qayıtması üçün helikopterlə hava limanına aparılacağı qeyd edilir

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button