Ölkə

Fəxrəddin Abbasov intihar etdi

Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb.
F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarıyla əlaqədə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilmişdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button