CəmiyyətSiyasət

İsrail – Fələstin münaqişəsinə Azərbaycanın mövqeyi – Fuad Qarayev şərh edir!

İsrail – Fələstin münaqişəsində Azərbaycanın mövqeyi

Son günlər Yaxın Şərqdə baş verən hadisələr gündəmin əsas mövzusudur. Azərbaycanın mövqeyi çoxunu düşündürən və həssas məqamlardan biridir.

1) Müsəlman ölkəsi olaraq, müsəlmanların taleyinə biganə qala bilmərik;
2) Strateji müttəfiqimiz və iqtisadi tərəfdaşımız olan İsrail ilə sıx münasibətlər olduqca vacibdir.

  •  Qəti Fələstin müdafiəçiləri məsələyə dini prizmadan baxır və Azərbaycanın Fələstinə dəstəyini mütləq öhdəlik kimi qəbul edir. Bu qrup insanlar bütün alternativləri rədd edir və baş verə biləcək hadisələrin əhəmiyyətini ya anlamır, ya da görməzdən gəlir. Onlar üçün ölkənin siyasi strategiyası, beynəlxalq sferada dövlətin imici elə də vacib deyil. Bir növ idarəçiliyi ələ keçirsələr, bu dəqiqə cihad dəstələri yaradıb, Fələstinə yardım üçün göndərər, hətta düşünmədən İsrailə müharibə də elan edər.
  •  Qəti İsrail tərəfdarları isə Fələstini bir mənalı ermənipərəst adlandıraraq, məsələnin görünən tərəfinə aldanıb, yanılırlar. Bu qrupun nəzərində Fələstin terror ölkəsidir və daim Azərbaycan – Ermənistan münaqişəsində separatizmə dəstək verən tərəf olub.

Ən birinci onu qeyd edim ki, bir dövlətin siyasi elitası və onun qərarları həmin ölkənin əhali coğrafiyasının prinsipləri, milli – dini əhval-ruhiyyəsi, xarakteri, etnik dəyərləri ilə həmişə uzlaşmır. Üstəlik, nəzərə alsaq ki, bu yer Yaxın Şərqdir. Yəni, hazırkı Fələstin iqtidarının hansı siyasi xətt ilə ölkəni idarə etməsi əhalinin də yekdilliklə həmin fikirdə olduğu anlamına gəlmir. Fələstindəki erməni lobbisinin gücü bu xüsusda ümumi ölkənin mövqeyini formalaşdırır. Yəni bu səbəb Kifayət qədər ciddi və tutarlı dəlil deyil.
Təzyiq qruplarının köməyi ilə Fələstin Ermənistanı dəstəkləməyə vadar edilir. Nəticə budur ki, Fələstinin xarici siyasəti erməni maraqlarına cavab verməsi “oradakı əhali haqlı olaraq, düz edilib, qırılır. Biz İsrailin yanındayıq!” demək deyil!

Dilimizdən düşməyən “insan hüquqları, humanist dəyərlər” yadımıza düşməlidir.

Biz İƏT-in üzvüyük. Belə bir bəyənat səsləndirəsi olsaq, həm müsəlman ölkəsi olaraq qınanılarıq, həm də bir çox dövlətlərlə də münasibətimiz pisləşə bilər. Elə ən vacib məsələ Türkiyə faktorudur. Hərçənd ki, içi mən qarışıq bəzi ekspertlər Bakı müstəvisində Ankara – Tel Əviv münasibətlərində yumşalma prosesini ehtimal edirdi. Amma, bu münaqişənin alovlanması bu proqnozu təxirə saldı. İstənilən halda islami aspektdən öz mövqeyimizə sadiq qalmalıyıq

Digər bir məsələ, İsrailin təhdid olunmasında və ona qarşı ciddi bəyənatların verilməsində maraqlı olan vətəndaşlarımızın düşüncəsidir. Nəzərinizə çatdırım ki, Azərbaycan müstəqillik qazandıqdan sonra onu ilk tanıyan dövlətlərindən biri İsraildir. Ölkəmizin çaba göstərən vaxtlarında bu dövlət bizim çox imdadımıza gəldi. 44 günlük müharibədə biz bunun bir də şahidi olduq. “Yox, İsrailin özünə silah satışından yaxşı gəlir qalır. Müftə vermir ki” sualına qısa aydınlıq gətirim. İsrailin istehsal etdiyi texnika çox müasirdir və imkanları olduqca genişdir. Müharibə dövründə bu özümüzə qarşı da istifadə oluna bilərdi. Amma, yanlız bizə satıldı və bu üstünlükdən biz yararlandıq. Ona görə, İsrail Azərbaycan üçün önəmli tərəfdaşdır və biz bu dövlətlə əlaqələrin inkişafında maraqlıyıq.
Sözün qısası, emosiyalara qapılıb, kor-koranə addım atmağa lüzum yoxdur.

Paradoks bundadır ki, İsrailin Azərbaycandan dəstək istəməyə “ehtiyacı”, Fələstinin hökumətinin isə “üzü” yoxdur.

Bəs biz nə edirik və etməliyik?!
Aparılan təhlildən bu qənaətə gəlmək olar ki, Azərbaycan tərəfi elə ən düzgün olanı edir və “Neytral” mövqeyini saxlamaqla tam doğru siyasət yürüdür.
Mən isə şəxsimdə belə düşünürəm ki, bu da bir “siyasi dalğadır” və keçici haldır. Sabah bu gərginlik soyuyandan sonra iki dövlətdən birinin yanında reputasiya itirməkdənsə, elə iradə göstərib, bitərəf qalmaq ən gözəl seçimdir!

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Gənc siyasi şərhçi Fuad Qarayev

 

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 6 Ortalama: 3.7]

Back to top button