Kriminal

Polislər borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlayaraq aidiyyəti üzrə təhvil veriblər

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən analoq.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilən 75 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button