Cəmiyyət

Özgə atına minən tez düşər

Qışın kəskin soyuğu Xocalını sankı ovuclarına almışdı, necə deyərlər; “tüpürürsən göydə donur”. 1991-ci il tarixin yaddaşından silinməyən il. Dünyanın böyük bir hissəsini mənimsəyən nəhəng SSR-i hakimiyyətinin təməlləri çökən ili, yaddaşları silkələyən, soyuğa soyuq qatan, isti ocaqları donduran bir il.

Erməni silahlı qüvvələri mülki insanlara doğru hücumu şiddətləndirir. Qışın qalın ağ
döşəyi günahsız insanların qanına qaltan olubdur. Bəzən analar körpəsini beşikdən
qaldırana qədər gülləbaran olur. Neçə ay keçmədən şəhər alov içində yanır,
qaçanların çoxu ya yollarda əsir düşür, öldürülür yadakı meşəlikdə, dağ- dərədə
soyuqdan həlak olur. Şəhər tamamilə işğal olur.

Xocalıdan sonra Azərbaycanın
mədəniyyət ocağı, Xanın məşhur olduğu, Xarıbülbül diyarı, Azərbaycanın tacı olan
Şuşa şəhəri işğala məruz qalır. Şəhərlər biri birinin ardınca işğal olur. Bu zaman belə bir faciənin baş verə biləcəyini ağlına gətirməyən Azərbaycan müstəqilliyini yeni əldə etdiyinə görə nəinki silah artıq iqtisadi, siyasi baxımdan zəyif olduğu üçün
ermənilərin erkən qurduğu fitnəyə məruz qalmışdı və əlbəttə ki, silahsız, müdafiəsiz insanlara qarşı hücum asan idi.

Gündən günə, an ba an Azərbaycanlılara qarşı etnik təmizləmə münaqişəsi şiddətlənirdi. Torpaqlar biri birinin ardınca erməni işğalına məruz qalırdı; Xocalı, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Cəbrayıl, füzuli və …. beləki Azərbaycanın 20% -dən çox ərazisi birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən işğal edildi və bu işğal 30 ilə yaxın davam etdi. İşğal olunmuş şəhər, kənd və qəsəbələrdə 35 mindən çox insan həlak və xəsarat aldı, əsir düşdü.

Xocalı soyqırımında 63-ü azyaşlı olmaqla 613 mülki şəxs öldürüldü, 8 ailə tamamilə
məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq bir valideynini itirmişdi. Dağlıq
Qarabağ hadisəsi dünyada hər bir bilən insanın qəlbini dəhşətə gətirdi lakin Xocalı hadisəsi insanlığın təməlini titrətdi.

Bu hadisə ən acı bir hadisə kimi soyqırım tarixində qaldı. Bu hadisənin ağrılarını təxminən 30 il yaşayan millət 2020-ci il Qarabağ döyşülərinin qələbəsində ermənilərin əksinə olaraq, mülki əhaliyə qarşı bir güllə belə atmadı və imkan yaratdı silahsız insanlar arxayıncasına Qarabağı tərk etsinlər və ya orada qəlıb yaşamağa sərbəst qərar versinlər.

Azərbaycanın bu rəftarı dünya mediyaları qarşısında təqdirə layiq qarşılandı. Hətta Qarabağı tərk edib getmək istəyən vaxt stresdən özlərini itirən körpəni unudan ermənilərin körpəsini
belə Azərbaycan ordusu saxlamamış və göndərmişdi.

Birinci Qarabağ müharibəsində əzizlərini itirmiş uşaqlar nəhayət ki, böyüdü və
böyüyüb dərk etdikcə torpağın işğalda olduğun, ata- analarının məzarına həsrət
qaldıqların düşündü. İllər ötdü və işğala məruz qalmış bu torpaqlar həmin böyümüş
bu uşaqların qəhrəmanlığı və igidlikləri sayəsində və onları rəhbərlik edən müdrük
və uzaqgörən dövlət başçısı İlham Əliyevin kamandirliyi ilə torpaqlar işğaldan azad
edildi.

Qarabağ Azərbaycan oldu. Odur ki, atalar yerində deyib: “özgə atına minən
tez düşər”. “Haynan gələn huynan gedər”. Çünki bu torpaqlar geci- tezi Azərbaycana
qayıtmalı idi və BMT-nin 822, 853 və 874 saylı qətnamələrində də təsdiq edildmişdi
ki, Ermənistan Azərbaycanın əzəli və əbədi torpaqları işğaldan azad etməlidir.
Ümumdünya Azərbaycanın işğala məruz qaldığını rəsmi olaraq elan etdi.

Azərbaycan Respublikası 30 il ərzində bütün gücünü toladı. Eləki məğlub olmaq
ehtimalını da belə ağlına gətirmək istəmədi.

Birinci Qarabağ müharibəsində İran Azərbaycanın ən yaxın qonşusu və uzun
sərhəddə malik, ortaq tarix və mədəniyyətə malik bir qardaş ölkə olaraq,
müharibənin qızğın vaxtlarında qaçqınlara, yaralılara qucaq aşdı, isti yer və lazım
olan hər bir şərait yaratdı. Fakt olaraq Azərbaycan Respublikasının prezident
köməkçisi Hikmət Haciyev ikinci Qarabağ müharibəsinin gedişatında İran İslam
Respublikasının birinci Qarabağ müharibəsində Dağlıq Qarabağdan, yurd
yuvasından qaçqın düşmüş insanlara İran xalqı və dövlətinin minnətsiz və tam
humanizm xarakterli dəstək olduğu və Araz çayı üzərində körpü yaradaraq bu
insanları İrana keçirmək uğrundakı səylərini etiraf və təkrar olaraq, İran dövləti və
İran xalqına minnətdarlığını çatdırmışdı.

Nəhayət ki, 30 ilə yaxın təhqir, məğlubiyyət, işğal və əsarətə Azərbaycan bütün var
gücünü toplayaraq dəmir yumruqla bütün suallara son qoydu və yurd- yuvası və ata￾anasının məzarına həsrət qalmış elindən obasından qaçqın düşmüş xalq öz doğma
yurduna qovuşdu. Haqq yerini aldı və yenə batilə qalib gəldi. Dağlıq Qarabağ 44
gün ərzində işğaldan azad edildi, Xarıbülbül yenidən çiçəkləndi. Dəmir yumruq
simvola çevrildi.

30 il xarabaya çevrilmiş Şuşa məscidində, Ağdam məscidində azan
səsi ucaldı. Azərbaycan xalqı yenidən camaat namazı qıldı. Bu qələbə bütün dünyanı
heyran qoydu. 30 il vasitəçilik adı altında hər iki ölkədən qazanc edən Atənin Minsk
Qrupu bu dəfə qəflət yuxusundan oyanana qədər, böyük bir sərkərdənin
uzaqgörənliyi nəricəsində Azərbaycan öz doğma torpaqlarını vətənsevər xalqına
güvənlə geri qaytardı. Qarabağ Azərbaycandır şüarı həqiqətə çevrildi. İşğalçı tərəf
başa düşdü ki, “özgə atına minən tez düşər”.

Mihən Kərimi
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button