Cəmiyyət

Ermənistan prezidenti sərsəmlədi : “Yüzlərlə kilsə məscidə çevrilib, bir çox tarixi sübutlar var”

Ermənistan Prezidenti Armen Sarkisyan «Asia Times» a verdiyi müsahibədə bildirib ki, Qarabağ münaqişəsinin dini rəngi yoxdur. Qarabağ münaqişəsinə gəlincə, o heç vaxt dini elementləri özündə saxlamamışdır. Prezident Azərbaycanın Dağlıq Qarabağ ərazisində 70 məscidin məhv edildiyi iddialarını da əsassız adlandırıb.

Analoq.az bu barədə Sputnik Armenia-ya istinadən xəbər verir.

“Birincisi, orada (Dağlıq Qarabağda – ed.) cəmi bir məscid var, erməni kilsələri isə çoxdur. Mən Şuşada xristianların və müsəlmanların iştirakı ilə tamamlanan məscidin bərpasını şəxsən alqışladım. Tam bərpa olunub.Əgər azərbaycanlılar bir kilsəni bərpa etsələr, mənə fotoşəkil göndərməyi xahiş edirəm “, – deyə o bildirib.

Prezident bildirib ki, Azərbaycan və Türkiyə erməni mədəni-dini irsini planlı şəkildə məhv edib. O, təəssüflə qeyd edib ki, ermənilər artıq keçmiş Osmanlı imperiyasının ərazisində milli-dini abidələrin dağıdılması hallarının qeydə alınması üzrə mütəxəssis olublar. Yüzlərlə kilsə məscidə çevrilib, bir çox tarixi sübutlar var. 

Beləliklə bir daha Ermənistan rəsmiləri yenidən gülünc və sərsəm fikirləri ilə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button