İdman
Çinli futbolçu koronavirusdan sağaldı
İspaniyanın “Espanyol” klubunun koronavirusa yoluxan futbolçusu Vu Ley sağalıb.
“Analoq” xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib.
28 aprel-7 may tarixləri arasında iki testdən keçən çinli futbolçunun hər iki testinin nəticəsi neqativ olub.
Qeyd edək ki, Vu Ley “Espanyol”un mart ayında koronavirusa yoluxan 8 futbolçusundan biri idi. Onun bu gündən etibarən məşqlərə başlayacağı bildirilir.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]