AktualMüharibə

ABŞ Türkiyəni müharibəyə çəkmək istəyir “Rusiya-Türkiyə münasibətlərini poza bilər”- POLİTOLOQ

ABŞ, Türkiyədən Rusiya istehsalı S400 hava hücumundan müdafiə (HHM) sistemlərini Ukraynaya verməsini və Ukraynanın müharibədə Rusiyaya qarşı bu silahdan istifadə etməsini təklif edib. Yəni Ukraynanın Rusiyanı öz silahı ilə vurmasını istəyir. Amma maraqlısı budur ki, ABŞ və NATO “Patriot” raketlərini Ukraynana vermək imkanı olduğu halda Türkiyəyə belə bir absurd təklif irəli sürüb.Politoloq Turan Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu təklif doğru təklif deyil: “Çünki Türkiyə belə bir addım ata bilməz. Türkiyə ABŞ-dan alacağı ehtimal olunan “Patriot” müdafiə sistemlərini üçüncü bir tərəf verə bilməyəcəyi kimi S400-lərin alışında da bənzər qaydalar mövcuddur. Belə ki, Rusiya S400-ləri başqa bir ölkəyə satmamaq şərtilə verib. Bu məsələdə ABŞ-ın irəli sürdüyü mövqe yanlışdır. Türkiyə bu təkliflə razı ola bilməz. ABŞ Türkiyəyə bu təklifi irəli sürməkdənsə, özü birbaşa “Patriot”ları Ukraynaya verə bilər. Görünür, ABŞ buna getmək istəmir. Həm də ki, mövcud situasiyada Türkiyə S400-ləri istifadə etməyə çalışır”.

Politoloq bildirir ki, ABŞ əvvəl də Türkiyənin S400 silahları almasına qarşı idi. Türkiyə F35 proqramından da çıxarılmışdı . Bu isə məsələnin hansı həddə olduğunu sübut edir. Ayrıca olaraq qeyd edək ki, Türkiyə daha öncə ABŞ-dan “Patriot” sistemləri və F-35 təyyarələri istəmişdi. ABŞ imtina etdiyinə görə Türkiyə Rusiya ilə əməkdaşlığa getdi.

Politoloq hesab edir ki, mövcud vəziyyətdə Amerika sadəcə, bu təkliflə vəziyyətdən istifadə etməyə çalışır. Bu isə ondan xəbər verir ki, ABŞ-ın Türkiyənin S400 almasına görə keçirdiyi narahatlıq hələ də bitməyib. Türkiyənin bu silahları almasına baxmayaraq, hələ də rəsmi Vaşinqton Ankaradan bu və ya başqa formada onlardan canını qurtarmasını istəyir. Bu isə onu göstərir ki, həmin silahlar Amerika üçün təhdiddir. Və regiondakı müəyyən siyasi proseslər baxışından ABŞ-a maneə törədir. Bu yolla da həmin silahların sıradan çıxarılmasını istəyir.

“Türkiyənin belə bir addım atacağını düşünmürəm. Bu, qanunla da mümkün deyil. Razılaşmanın bəndlərində bu əks olunub ki, üçüncü bir tərəfə satıla bilməz. Digər tərəfdən isə, bu məsələ Rusiya-Türkiyə münasibətlərini poza bilər. Rəsmi Ankaranın buna gedəcəyini düşünmürəm”,- deyə politoloq bildirib.

Rusiya tərəfindən bəzi ballistik tipli raketlər atılır. Amma NATO və yaxud ABŞ, bu raketlərdən qorunmaq üçün Ukraynaya “Patriot” sistemlərini verə bilər. Ancaq ABŞ öz silahlarını Ukraynaya vermir, əvəzində bunu Türkiyədən tələb edir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button