Banner

İcra başçısı “Gülüstan”da oğluna toy etdi – yarım milyona yaxın…

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov oğluna təmtəraqlı toy edib.Analoq.az “Unikal”a istinadla xəbər verir ki, toy Gülüstan sarayında baş tutub. Belə ki, 1000 nəfərlik zalda xeyli sayda məmur təbəqəsi, qohumlar olmaqla, bəyin dostları da iştirak edib. O da bildirilir ki, toyda ingilis dilində mahnılar ifa edilib, rəqslər olunub.

Gülüstan Sarayında menyunun qiymətinin minimum 310 manat olduğunu nəzərə alsaq, məclisə 500 min manata yaxın pul xərclənib.

Qeyd edək ki, Gülüstan Sarayı Prezidentin İşlər İdarəsinə məxsusdur və orada adətən dövlət tədbirləri keçirilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button