AktualBannerCəmiyyətManşet

Bakı Quba yolunun gözoxşayan “mənzərə”sindən REPORTAJ + VİDEO

Yurdumuzun hər qarışı gözəldir. Hər guşəsi səfalıdır: Bakının qızıl qumlu sahillərindən, Qubanın yaşıl çətirli Qəçrəşi,Qaxın göz oxşayan meşələri , Lənkəranın limon və narıngi bağları və düşmənə göz dağı olan Qarabağın əsrarəngiz təbiəti də bu dediklərimi təsdiqləyən milyon faktlkardandır. Bir sözlə, Azərbaycanımızın hansı guşəsində olursan-ol, orada özünü cənnətdəki kimi hiss edirsən. Əgər yurdun hər qarışını yazıb tərənnüm etsək, əslində edə bilsək, çünki bu gözəlliklər məkanı bu yerlərə düşən əcnəbiləri belə hüsnünə heyran edib zaman-zaman, nə vaxt çatar, nə də söz yetər. Vaxt da ki axar su kimidir, kəlmən bitməmiş zaman yelqanadlı ata dönüm uçur.

Dünyada iqtisadi inkişafın artmasına səbəb amillərdən biri də turizmdir. Turizmin canlanması ölkədə müəyyən gəlirlərin artması, həm də şəhər, kənd sakinlərinin öz şəxsi evlərini kirayə verib və məhsullarını satıb dolanmaları üçün də münbit imkan yaradan sahə deməkdir. Qısaca desək, Azərbaycanda turizmin bütün növlərinin inkişafına zəmin var.

Mətləbə keçmək vaxtı yetdi. Yuxarıda bir az vaxtınızı aldım ki, bəlkə təqdim etdiyimiz bu görüntülərdən sonra aidiyyatı qurumlar doğurdan da respublikamızın şimal bölgəsinin turizm üçün əlverişli məkan olduğunu nəzərə alıb, həmin ərazidə bu cür natəmizliyə yol verməsinlər. Düzdür, burada bizim, yəni ölkə vətəndaşlarının, eləcə də yerli turistlərin günahı böyükdür. Çox vaxt da özümüz natəmizliyə, bəzi nöqsanlara yol veririk.

…Şimal bölgəsindən söz düşmüşkən onu da deməyi lazım bilirik ki, Qubada fəaliyyət göstərən restoran və kafelərdəki qiymətlər “ceyran belində”dir. Burada təklif olunan qiymətlərə Türkiyədə, Rusiyada və digər Avropa ölkələrində rahat qidalanmaq olar. Hər halda, bunun da səbəbi araşdırılsa, problemlər öz həllini tapar, qiymətlərin əlçatanlığı isə xalqımız üçün gözaydınlığı olar.

Bax belə, deməyi bizdən, yozmağı… Yozmağa gəlincə, belə sosial məsələlərin həllində də gəlin bir olaq. Birliyimiz axı həm də diriliyimizdir. Elə Qarabağımızda 2020-ci ildə qazandığımız Zəfər də birliyimizin, diriliyimizin əyani sübutu olub!

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button