Cəmiyyət

“Milli Cəbhə Partiyasının siqaretlə bağlı təklif paketi ” – RAFİQ DAŞDƏMİRLİ

Hökümətə verilmiş təklif paketimizdən biri də siqaretlə mübarizədir.Milli Cəbhə Partiyası olaraq,təklif paketimiz hökümətdə qəbul olunsa da,işləmə mexanizmi hələ də qalmaqdadır.Bu pis vərdişdən qurtarmağın yollarını bağlamalıyıq.

Siqaret çəkmək,alkaqollu içki içmək gənc yaşlarda,adətkarlığın və ya ədabazlığın nəticəsidir. Sonra da vərdiş halını alır,daha sonralar bağımlılıq (vərdiş) yaradır. Yəni,Tanrının verdiyi sağlam orqanizmə insanoğlu öz əli ilə pislik edir,onu xəstəliyin,azar-bezarın qucağına itələyir. Narkotik ,birbaşa insan beynini qurudaraq qısa müddətdə onu məhv edirsə,siqaretin fəsadları daha qorxuncdur.

Belə ki,siqaretin çəkildiyi gündən xəstəliklər zəncirinin təməli qoyulur.Ömrü cürbəcür xəstəliklərlə mübarizədə yenilir və sonlanır.Siqaret çəkən istər kişi, istərsə də qadın olsun yalnız özlərinin deyil ,ən yaxınlarının-həyat yoldaşlarının, övladlarının , nəvə -nəticələrinin ,ana bətnində olan körpələrinin hayatını da təhlükəyə atırlar.

Amerika alimlərinin araşdırmalarına görə siqaret çəkmə, insanda
qısırlaşma xəstəliyinin ən böyük yardımçısıdır.Qısırlaşma bir millətin genofondunun məhv olması deməkdir.

Qadağalarla,bahalaşma ve s. tədbirlərlə bu bəladan qurtulmaq mümkün deyildir.

İnsanlarımızı,ələlxs da gənclərimizi maarifləndirməmiz ,bilgiləndirməmiz lazımdır.Bundan sonra əlahəzrət iradə öz sözünü deyəcək.

Beynimizdə,əqlimizdə,düşüncəmizdə bu bəlaya YOX deməyi bacarmaqla ailəmizə, sevdiklərimizə ən böyük yaxşılığı etmiş olacağıq.

Rafiq Daşdəmirli

Milli Cəbhə Partiyasının birinci müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button