Cəmiyyət

Azərbaycan vətəndaşı niyə öz vətəninə gələ bilməməlidir? Quru sərhədləri açılsın !– Rafiq Daşdəmirli

Ölkəmiz üçün vətandaşının sağlamlığı birinci məsələdirsə, bu, bir başa onun normal yaşaması, dolanışığından asılıdır. Dünyada qarışdıran pandemiyanın fəsadları ölkəmizdən də yan keçmədi. İnsafən görülmüş və görülən tədbirlər nəticəsində olkəmizdə koranavirus demək olar ki, yoxa çıxmaq üzrədir. Bu, öz yerində.

Amma hazırda əhalimizi narahat edən ən ağrılı məsələlərdən biri və ya birincisi quru sərhədlərin açılmamasıdır. Quru sərhədlirimzin açılmasını səbirsizliklə gözləyən soydaşlarımız Gürcüstanda, İran və Rusiyada daha çoxluq təşkil edir. Ona görə də hər üç respublikanın Azərbaycanla quru sərhədlərinin açılmasını zərurətdir.

Ölkədə karantinlə bağlı ciddi yumşalmalara gedilsə də, quru sərhədlərin bağlı qalması cəmiyyətdə bir narazılıq yaratmaqdadır. Həqiqətən də hökumətin nəyi gözllədiyini anlamaq olmur.

Dünyanın əksər ölkələri quru sərhədlərini xarici ölkə vətəndaşları üçün açıb. Nəzərə alsaq ki, Naxçıvanda quru sərhəd qismən də olsa acılıb, oradan Türkiyənin butun şəhərlərinə sərnişin avtobusları işləyir.

Əhalinin kasıb təbəqəsi əsasən alverə, müalicəyə ya Tibilisə ya da İrana üz tutur. Sərhəd yanı əhalimizin dolanışığı yaxın qoşu ölkələrdən çıxır. Hökumət bunu nərəzə almalı, quru sərhədlərin açılmasını tezləşdirməlidir. Daha doğrusu heç bir gün də itirmək olmaz. İnsanlar zülm çəkirlər.

Bəzi mənbələrə əsasən, aprel ayında quru sərhədlərin ya qismən, ya da tam açılması mümkün ola bilər. Azərbaycanda hazrda bütün statistik göstəricilər yaxşıdır, epidemioloji situasiya gündən-günə yaxşılaşır. Bu səbəbdən məhdudiyyətlər də aradan qaldırılır. Məlumatlara görə, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir artıq. Lakin dediyim kimi, vaxt titrmək olmaz.

Biz də partiya olaraq dəfələrlə hökumətə bununla bağlı çağırışlar etmişik. Sədrimiz, deputat Razi Nurullayev dəfələrlə sosial şəbəkələrdə, mediada, parlamentdə bu məsələni gündəmə gətirib. Çünki xeyli insan, xeyli vətəndaşımız əziyyət çəkir, sərhədlərdə qalıblar, çadırlarda yaşayırlar, insanlığa yaraşmayan şəkildə həm də.

Razi Nurullayev haqqlı olaraq soruşur, Azərbaycan vətəndaşı niyə öz ölkəsinə gələ bilməməlidir? Niyə Azərbaycan vətəndaşının çadır şəhərciklərində ləyaqəti taptalanmalıdır.

Mən iki ilə yaxındır Gürcüstana gedə bilmirəm. Qoca anam var orda, qohum-əqrəbam var. Onların yanlarında ola bilmirəm. Təyyarəyə gəldikdə, AZAL-ın bilet qiymətlərindən xəbərləri var hamının. Bəzi insanlara isə təyyarə ilə səyahətə həkimlər tərəfindən icazə verilmir.

Beş yüz min insanımızın yaşayır Borçalıda. Az rəqəm deyil bu.

Quru sərhədləri açılsın !

Rafiq Daşdəmirli – MCP sədrinin birinci müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button