Cəmiyyət

Tragikomik vəziyyət: Müharibədə iştirak edib, sübut edə bilmir

Əziziov Elməddin Habil oğlu – minlərlə müharibə iştirakçısından biri. Elməddin Vətən Müharibəsi başlayanda könüllü iştirak üçün aidiyyatı orqana müraciət edib. Cəlilabad rayon SHXÇDX 2020-ci ilin sentyabr ayının 30-da Elməddini çağırışa cəlb edir və müharibədə iştirak etməsi üçün Bərdə birləşmə korpusuna tabe olan hərbi hissəyə təhvil verir.

03.10.2020-ci tarixindən Elməddin Əzizov N saylı hərbi hissənin tərkibində Suqovuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 21 gün döyüşdükdən sonra Bərdə birləşmə korpusuna tabe olan hərbi hissəyə çağırılaraq döyüşdə iştirakları barədə hərbi biletlərində qeydiyyat aparılıb.
Cəlilabad rayon SHXÇDX-dan eyni vaxtda yollanan 49 nəfərdən 48-nin biletinə iştirakını təsdiq edən möhür vurulub, Elməddinin biletinə yox.

Elməddin Əzizov bir ildir aidiyyatı bütün orqanlara müraciət etdiyini deyir. Lakin onu hər dəfə bir orqan digərinin üzərinə göndərir, məsuliyyəti heç kim boynuna götürmək istəmir.
Elməddin Əzizov Prezident İlham Əliyevin sərəncamı ilə Suqovuşanın azadlığı uğrunda medalla təltif edilib, amma hərbi biletində müharibə iştirakçısı qeydiyyatı möhürlənməyib deyə medalını ala bilmir, dolayısı ilə müharibə iştirakçıları üçün təqaüddən də məhrumdur.

Qeyd edək ki Elmədinnin qardaşı Niyaməddin Əzizov da MAXE kimi döyüşlərdə iştirak edib, Hadrutda 5 güllə, 7 qəlpə yarası alıb və 3-cü qrup müharibə əlilidir.

Lalə Mehralı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button