Gündəm

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Baş nazir Əli Əsədov: "Koronavirus infeksiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılsın"

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.
Baş nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılsın.
Bundan əvvəl xüsusi karantin rejiminin qüvvədə olma müddəti 2022-ci il yanvarın 1-dək nəzərdə tutulurdu.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button