Cəmiyyət

Qanunları necə işə salaq

Xaçmazda Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin həyata keçirdiyi “Vətəndaşlar arasında Konstitusiyada təsbit olunmuş sosial hüquqların təşviği, sosial problemlərin həllinə yönələn həmin hüquqlara dair biliklərin verilməsi” adlı layihənin növbəti tədbiri keçirilib.

Dəyirmi Masa formatında keçirilən tədbirə əhali qrupları ilə yanaşı icra strukturlarının, yerli vətəndaş cəmiyyəti və medianın təmsilçiləri qatılıb. Layihə rəhbəri Səadət Bənənyarlı mediaya açıqlamasında bildirib ki, layihənin əsas məqsədi sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn hüquqlara dair biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı maarifləndirmə işinin aparılmasıdır:“İşlək qanunların qəbulu qədər onların təbliği də böyük önəm daşıyır. Çox təəssüf ki, Azərbaycan reallıqları insanların hüquqi məsələlərdə çox zəif olduqlarını göstərir. Bəzən insanlarımız elementar hüquqlarını bilmir, bürokratik sistemlə qarşılaşdıqda necə davranacaqları ilə bağlı aydın təsəvvürə malik olmurlar. Hələ də çoxları qanunları öyrənmək yerinə problemlərini az-çoc bilgisi olan insanların yardımı ilə çözməyə üstünlük verirlər. Əgər biz Azərbaycanda sağlam, savadlı cəmiyyət qurmaq istəyiriksə, ilk sırada vətəndaşlarımızın hüquq savadını artırmalıyıq. Çünki qanunun fəlsəfəsi vətəndaşla dövlət arasında münasibətləri tənzimləməkdir. Tərəflərdən biri öz hüquqlarını bilmirsə, sözsüz ki, problemlər sistemli xarakter alacaq”.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə üzrə digər tədbirlər isə Quba və Masallıda nəzərdə baş tutub:“Biz hədəf qruplar kimi ölkənin həm şimal, həm də cənib bölgələrini seçməklə həm də bölgələr üzrə spesifik problemləri ortaya çıxarmağa çalışırıq. Tədbirlərimizdə iştiraçkılara anket sorğular verilir, cavablar əsasında problemlər sistemləşdirilir, hökumətə təkliflər paketi hazırlanır. Bu cür layihələrin önəmi həm də odur ki, yerli strukturların təmsilçiləri də Dəyirmi Masalarda iştirak edir, vətəndaşların sualları birbaşa cavablandırılır, eyni zamanda təlimçilərimiz onlar konkret durumlarda necə davranmağı – hansı struktura müraciət etməyi, tələblərini hansı qanuna istinadən formalaşdırmağı, nəticə almaqdıqda hansı orqana, hansı qaydada müraciət etməyi öyrədirlər. Düşünürəm ki, bu həm vətəndaşların həyatını asanlaşdırır, həm də yerli icra strukturlarında məsuliyyət hissini artırır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button