Cəmiyyət

“Konfransda çıxış edən Prezident İlham Əliyev bir sıra qlobal məsələlərə toxundu”

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatında sədrliyimiz COVİD-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Əslində ölkə başçısı bu fikirləri ilə bu sahədə Azərbaycanın məqsədyönlü fəaliyyətini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Məlumdur ki, pandemiya başlanan zamandan Azərbaycan COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi oldu. Eyni zamanda Prezidentin göstərişi ilə bu istiqamətdə əməli addımlar atıldı. Bundan əlavə Azərbaycan Prezidentin rəhbərliyi ilə Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir. Bildiyimiz kimi İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatı təşkil edildi, 2020-ci ilin dekabr ayında isə 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirildi. Hər iki sessiyasında da bir sıra qərarlar qəbul olundu.

İkincisi, Prezident İlham Əliyev pandemiyaya qarşı görülmüş tədbirlərin böyük səmərə verdiyini vurğuladı. Bu sahədə həyata keçirilən tədbirlərin gələcəkdə də faydalı olacağını bildirən İlham Əliyev ümumi səylərin birləşməsi nəticəsində hər hansı bir pandemiyaya qalib gəlməyin mümkünlüyünü önə çəkdi. Prezident qeyd etdi ki, Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı edib. Həmçinin Prezident Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etdiyini və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrıldığını konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi,

Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü

Könül İsmayılova

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button