Cəmiyyət

Marketlərdə qiymət artımı – SORĞU

Son dövrlərdə müxtəlif ərzaq məhsullarında qiymət artımı müşahidə olunur. Bu qiymət artımı paytaxt sakinlərini çox narahat edir. Ona görə də qiymət artımı ilə bağlı şəhər sakinlərinin fikir və münasibətlərini öyrənmək üçün sorğuya çıxdıq.

Haqverdiyev Kənan: “Qiymət artımının hansı səbəbdən olduğunu bilmirəm, amma bizə zərəri dəydiyi aydın şəkildə görünür.Mənim fikrimcə, qeyri-qida məhsullarında qiymət artımı daha çoxdur”.

İsgəndərova Zərifə: “Qiymət artımın səbəbi təkcə müharibə deyildir. Müharibə olmazdan əvvəldə vəziyyət bu şəkildə idi.Qiymət artımını təkcə bu səbəblərlə əlaqələndirmək düzgün deyildir”.

Quliyev Eltac: “Bir çox məhsullar ölkəmizə Ukraniya və Rusiyadan gəldiyi üçün qiymətlər artdı.Çünki, müharibə olduğu üçün gətirilən məhsulların sayı azaldı. Belə olduğu halda, qiymətlərdə artım müşahidə olunur”.

Əhmədov Zaur: “Qiymət artımı xarici siyasətlə bağlıdır. Elə məhsullar vardır ki, xarici ölkələrdən idxal olunur. Bu səbəblə məhsulların qiyməti ölkəmizdə artır”.

Market satıcıları isə düşünür ki, ərzaq məhsullarının bahalaşmasının səbəbi Rusiya və Ukrayna arasındakı müharibə ilə bağlıdır. Çünki məhsulların çoxusu həmin ölkələrdən gəlir.

Satıcı Babayeva Xumar bu barədə belə məlumat verdi: “Böyük ölkələrdə baş verən müharibə səbəbi ilə ölkəmizə gələn məhsullar azalır. Buna görə ölkəmizdə qıtlıq yaranır. Qıtlıq yarandığı üçün məhsullarda qiymət artır. Marketlərə gələn müştərilər də bundan narazı qalır”

Market adminstratoru Zaur Əliyev qeyd etdi ki, “günümüzdə qiymətlər tək marketlərdə yox, ticarət mərkəzlərində, firmalarda, apteklərdə, benzin doldurma məntəqələrində, bir sözlə ticarətin mümkün olduğu bütün sahələrdə qiymət artımı müşahidə olunur.

Məhsulların keyfiyyəti və çəkisi qiymətlər ilə uyğun gəlmir. Mağazaya gələn müştərilər isə məhsulun keyfiyyətinin zəif, qiymətlərin isə yüksək olmasından şikayət edirlər. Ən çox buna etiraz bildirənlər isə aşağı və orta təbəqənin üzvləridir. Lakin cəmiyyət bilməlidir ki, təkcə bizim ölkəmizdə deyil, bütün dünya ölkələrində müharibə və başqa səbəbləri ilə əlaqədar qiymət dəyişikliyi hər zaman mövcud olacaqdır”.

Hazırladı:
Abdinova Rəfiqə, Rzayeva Simuzər, Quliyeva Nuranə, Əlizadə Əfşanə, Həsənova Nəzrin
ADU-nun Beynəlxalq Jurnalistika ixtisasının I kurs tələbələri

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 3.3]

Back to top button