Cəmiyyət

Yaşa qazi Mirmayıl!

Darda olana, ehtiyacı olana, aztəminatlı ailələrə yatdım etmək hər birimizin borcudur. Bu, həm Allah qatında, həm də insani cəhətdən birbaşa mənəvi borcdur, vicdan məsələsidir. Məhz ona görə, İslam dinində də yardımlaşmaqla, bölüşməklə, əl tutmaqla bağlı xeyli ibrətamiz çağırışlar var. İmkansız insanlara kömək etmək, onların yanar dərdlərinə su səpmək dinimizin tövsiyə etdiyi, xoş gördüyü əməllərdəndir.

Dərindən araşdırsaq bilərik ki, insan sözü ünsiyyət sözündən törəyib. İnsan gərək dinindən, irqindən, millətindən asılı olmayaraq ağır gündə, çətin anda digər insanlara kömək olsun. Atalarımızın bir məsəli də var. Əl əli yuyar, əl də qayıdın üzü. Elə sanmamalıyıq ki, etdiyimiz yaxşılıq nə zamansa bizim özümüzə geri dönməyəcək. Bu baxımdan, çarəsizə etdiyin yardım nə zamansa sənin çətin günündə gözləmədiyin halda özünə geri dönəcək. Bu aksiomadır!

44 günlük Vətən savaşında torpaqlarımızın azad olunmasında tarix yazan oğullardan biri də Rəşidov Mirmayıl Vüqar oğludur. Onun döyüş yolu, göstərdiyi şücaət haqqında yazmalı olsaq necə deyərlər mürəkkəbləri qurutmuş olarıq. Əslində heç bu fikirdə də deyilik. Qəhrəmanımız Mirmayılın sadəliyi də buna imkan verməz.

Mirmayılın qəhrəmanlığı haqqında bir neçə dəfə dostlarının söhbətlərində rast gəlmişəm. Onun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Cəbrayılın azad olunmasına görə təltif edildiyi medalı da mənin dediklərimi bir daha təsdiqləyir.

Vətənə, dövlətə sevgini Mirmayıl doğulduğu ailədə görüb. Bu yöndə tərbiyə alıb. Mirmayılın anası Səbinə Rəşidova respublikamızda sayılıb-seçilən, qabaqcıl təhsil işçilərindən biridir.

Səbinə xanım Səbail rayonunda yerləşən 162 saylı orta məktəbin ibtidai sinif müəlliməsidir. Bu günə kimi minlərlə şagirdə məhz ana, Vətən kəlməsini yazmağı, vətənə, vətənin yolunda canından qanından keçən qazilərə, şəhidlərə sevgini də Səbinə xanım aşılayıb. Ona görə də əminliklə qeyd edə bilərəm ki, Səbinə xanımda bir başqa analıq mücəssəməsi mövcuddur, əsl analıq!

Bu gün onun oğul övladı yenə də Vətən sevgisi ilə alışıb-yanır. Belə ki, elə də çox aylıq qazancı olmayan Mirmayıl qışın bu oğlan çağında Türkiyədə baş verən zəlzələyə görə yardım edib. Yardım etməyi özünə mənəvi borc bilib. Bu, həqiqətən də alşıqlanası bir olaydır və təqdirəlayiqdir.

Mirmayıl deyir ki, zəlzələdə evsiz -eşiksiz qalan türk qardaş və bacılarımızın hər biri bizim üçün əzizdir.


Bəli, qazilər də canlı şəhid hesab olunur dinimizdə. Onlar yaşayırlar və bu kimi örnək addımları ilə Vətən uğrunda canını əsirgəməyən oğullarına mənəvi dəstəklərini göstərməklə həm də ən ali məqamlara layiqdirlər. Yaşa qazi Mirmayıl!

Xəyal İ.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button