CəmiyyətElm və təhsil

Tanınmış alim “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktik konfransın açılışında iştirak edib

Tanınmış iqtisadçi alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutnun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin aparıcı elmi işçisi, dosent Təbriz Yadigarov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə AR DTX-nin Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktik konfransın açılışında iştirak etmişdir.

5 may 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında bu münasibətlə keçirilən “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktik konfrans öz işini ugurla yekunlaşdırıb. Konfransın açılışında konfrans iştirakşıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin sükutla yad etdikdən sonra, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nagıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin keşmiş SSRİ-dövründən başlayaraq Dövlət Təhlükəsizliyi orqanlarındakı fəaliyyəti, müstəqil azərbaycanın qurucusu kimi ölkəmizin sosial-iqtisadi, xarici-iqtisadi, hərbi-siyasi həyatındakı əvəzsiz xidmətləri haqqında geniş məlumatların; dinlədilər. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa o ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz”. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nagıyevin konfransın fasiləsində hər bir iştirakşı ilə fərdi qaydada görüşməsi Ulu Öndərin dediyi bu sözləri bir daha sübut etdi. Konfransda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi-siyasi islahatların ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük vətən müharibəsində zəfər qazanmaqla işğaldan azad olunmuş ərazilərimizin bərpa olunaraq nəinki Azərbaycan, eləcə də Türk Dilli Dövlətlərin və bütünlükdə dünya ölkələrinin ticarət iqtisadi əlaqələrinin böyük enerji layihələri və nəqliyyat xabları hesabına töhvə verəcəyini də Ulu Öndərin uzaq görən xarici siyasətinin nəticəsi kimi qiymətləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş videomateriallar nümayiş edildikdən sonra, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Təhlükəsizlik orqanları veteranı Azər Qarayev Ulu Öndərin keşdiyi keşməşkeşli və şərəfli ömür yolu ilə bağlı xatirələrini, ölkəmizin inkişafında, müasir azərbaycanın dünya ölkələri ilə iqtisadi siyasi əlaqələrinin güclənməsində apadığı ugurlu işləri haqqında dəvət olunmuş konfrans iştirakşıları ilə bölüşmüşlər. Fasilədən sonra Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Dövlət Gömrük Komtəsi Akademiyasının rəisi gömrük general-mayoru Qulu Novruzov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamal Cəfərov 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikaya rəhbər seçilən gündən Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələnin başlandığını qeyd edərək, həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Ulu Öndərin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyində yeni iş metodu, yeni nəfəs, ab-hava yarandığını vurğulamışlar. Dərin nəzəri biliyi, zəkası, böyük təşkilatçılıq məharəti, səmərəli əməli fəaliyyəti ilə Heydər Əliyevin Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi və mədəniyyəti gətirməsini qeyd edən Dövlət Gömrük Komtəsi Akademiyasının rəisi gömrük general-mayoru Qulu Novruzov digər təhsil ocaqları ilə yanaşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ilə Dövlət Gömrük Komtəsi Akademiyası arasındakı qarşılıqlı əməkdaşlığın uğurla davam etdirildiyini bildirərək, bu əməkdaşlığın gənc kadrların fəaliyyətində mühüm rol oynayacagını vurgulamışdır. Konfransın təşkilat komitəsi tərəfindən qəbul edilmiş elmi məqalələr Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı respublika elmi-praktik konfransının materilalarında dərc edilərək konfrans iştirakçılarına paylanmışdır.
Elmi-praktik konfransının materilalarında Təbriz Yadigarovun Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yükdaşımaların iqtisadi əhəmiyyətinin qiymətləndirilməsi mövzusunda təqdim etdiyi elmi məqaləsi də dərc edilmişdir. Məqalədə ümummilli Lideri Heydər Əliyevin Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsinə olduqca prinsipial yanaşma mövqeyi və xarici iqtisadi əlaqələrdə yürütdüyü siyasəti hesabına reallaşan TRASEKA layihəsinin Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verdiyi qeyd edilərək, 1998-ci ilin sentyabrında Ulu Öndərin səyi nəticəsində “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş”in Bakıda keçirilən konfransda imzalanmasının, hal-hazırda Azərbaycanın logistika və nəqliyyat dəhlizləri lahiyyəsində, Şərq-Qərb, Şimal-Cənub marşurutları üzrə bütün nəqliyyat vasitələrinin qovşağına çevrilən, nəqliyyat xabı yaradılmasında əhəmiyəti şərh edilmişdir. Müəllif 20-ci əsrin ortalarında Bakı-Batumi magistral boru kəmərinin çəkilməsinin Azərbaycan neftinin Gürcüstana nəql olunmasında geniş imkanlar yaratdığını qeyd edərək, Enerji resurslarının nəqlində daha yüksək rentabellik səviyyəsinə malik olan Boru kəmərinin Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsini şərtləndirərək, respublikamızın enerji ehtiyyatlarının beynəlxalq boru kəməri nəqliyyat şəbəkəsinə qoşulmasına zəmin yaratdığını qeyd etmişdir. Müəllif qeyd etmişdir ki, mühüm iqtisadi əhmiyyətə malik olan Transadriatik Boru Kəmərinin istifadəyə verilməsi Azərbaycanın enerji ehtiyyatlarının Şərqi Avropa ölkələrinin maye yanacaqla təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Şahdəniz-2” təbii qaz yatağı Azərbaycanın Cənubi Avropa ölkələrinin boru kəmərlərinə digər ölkələrin də qoşularaq maye yanacağın ixracına şərait yaradır. 2022-ci ildə bu yataqda hasil edilmiş qazın həcmi 25 milyard kubmetr, kondensatın həcmi isə 4,0 milyon ton olmuşdur. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ümumilikdə 2022-ci ilin sonunadək 531 milyon ton çox xam neft nəql edilmişdir. 2022-ci ildə isə BTC boru kəməri ilə ixrac olunmuş 30 milyon ton xam neft və kondensat ixrac edilmişdir. İxrac edilən xam neft və kondensat tanker gəmiləri ilə Ceyhan terminalından Şərqi Avropa ölkələrinə daşınmışdır. Vahid Nəqliyyat Sistemində yükdaşımalardan əldə olunan gəlir ölkə üzrə əlavə dəyər yaradararaq iqtisadiyyatın inkişafında mühüm rol oynadığından müəllif tərəfindən 1995-2021-ci illərin statistik məlumatları əsasında EViews-12 proqram paketinin tətbiqi ilə qiymətləndirmələr aparılmış, Vahid Nəqliyyat Sistemi üzrə nəqliyyatın inkişafında son dövrlərdə aparılan uğurlu layihələrin multimodal daşımaların inkişafına şərait yaradaraq, Qarabag və Şərqi Zəngəzurun ölkəmizin iqtisadiyatına inteqrasiyasının səmərəliliyi ilə yanaşı, ixrac potensialının genişənməsində mühüm rol oynayacagı müəyyən edilmişdir. Həmçinin, beynəlxalq nəqliyyat dəhlizi istiqamətində əlaqələndiricisi kimi Nəqliyyat Donanmasının gəmilərin yük tutumunun artırılması, Aktau-Maxaçkala. Aktau-Bakı, Alaca-Səngəçal, Alaca-Bakı, Türkmənbaşı-Bakı, Okarem-Səngəçal, Ələt-Kurik, Türkmənbaşı-Fereydunkənar, Bakı-Okarem və s. istiqamətlərdə maye və quru yük daşımaları, vaqon daşımaları, eləcə də tir daşımaları üzrə Bərə və RO-RO gəmilərinin istismarı Şərq-Qərb dəhlizində yüklərin maneəsiz daşımalarına şərait yaradacaqdır ki, bu da multimodal daşımaçılığın inkişafını şərtləndirməklə ölkə üzrə iqrisadi artıma səbəb olacaqdır. Müəllifin Tükiyənin Yeşil igdir qazetində dərc etdirdiyi Cumhuriyetimiz’de özgürlük savaşının tarihi zafer kazanmasında Haydar Aliyevin milli siyaset konsepti (https://yesiligdir.com/haber/detay/26547), Azerbaycan’ın işğalden kurtarılmış toprakları ile diğer bölgeler arasındaki ekonomik ilişkilerin geliştirilmesi için beklentiler mövzusunda (https://yesiligdir.com/haber/detay/27788) məqlələri, eləcə də Ümummilli Lider Heydər Əlyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin iqtisadi siyasət modeli: imkanlar, risklər və perspektivlər” (“Heydar Aliyev’s model of economic policy: opportunities, risks and perspectives”) mövzusunda ABŞ-ın Elm Nəşriyyat Qrupunun təşəbbüsü ilə müsbət rəyərlə çapa tövsiyyə olunan 320 səhifəlik ingilis dilində hazırladığı kitabı da Heydər Əliyev irsinə mühüm töhvədir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı respublika elmi-praktik konfransının materilaları hüquq elmləri, ictimai-siyasi elmlər və informasiya təhlükəsizliyi sahəsində aparılan elmi-tədqiqat işlərinə böyük töhvə verəcəkdir.
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 6 Ortalama: 4.8]

Back to top button