Cəmiyyət

DTX-nin Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyi və ilə bağlı elmi-praktik konfransı keçirilib.

01-02 dekabr 2023-cü il tarixlərində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyi və ilə bağlı təntənəli mərasim və “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcısıdır” adlı elmi-praktik konfransı keçirilib.

Təntənəli mərasimin açılışında iştirak edən hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları və professor-müəllim heyyəti bir dəqiqəlik sükutla Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdikdən sonra, DTX-nin Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş videomateriallar nümayiş etdirilib. Təntənəli mərasim DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin açılış nitqindən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmirullayevin, Milli Müdafiə Universitetinin H. Əliyev adına Hərbi İnstitutunun rektoru, general-mayor Füzuli Salahovun,Təhlükəsizlik Orqanlarının Veteranı i.o. polkovmik Əli Orucovun və DTX-nın H.Əliyev adına Akademiyasının kursantı zakir Əbdürəhmanovun maraqlı çıxışları ilə davam etdirilib. Açılış mərasiminə dəvət olunmuş konfrans iştirakçılarına DTX-nin Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasim və “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcısıdır” adlı elmi-praktik konfransında iştirak etdiklərinə görə Akademiyanın rəisi v.m.i.e. polkovnik Elşad Nəsirov tərəfindən sertifikatlar təqdim olunub.

01-02 dekabr 2023-cü il tarilərində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasimdə Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutnun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin aparıcı elmi işçisi, i.f.d, dosent Təbriz Yadigarov da iştirak etmiş və konfransın DTX-nin Heydər Əliyev adına Akademiyasının kafedra müdiri i.f.d., dosent Müşfiq Ramazanovun moderatorluğu ilə keçirilən ictimai-siyasi bölməsində “Şərqi-Zəgəzur dəhlizinin nəqliyyat sektorunun rəqabətqabiliyyətinə təsiri” mövzusunda çıxış edib. Müəlifin təqdim etdiyi məqalədə qeyd edilir ki, Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsindən sonra 32 il işğal altında olan ərazilərimizin bərpası ilə əlaqədar olaraq, 2 fevral 2021-ci il tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamına əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 əsas Milli Prioritetin reallaşdırılması üzrə müəyyən edilmiş sahələrdən biri kimi azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının icrası çərçivəsində bu ərazilərdə aparılan yenidənqurma işləri, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının artmasına təsir edərək, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlmişdir. Erməni işğalçıları tərəfindən dağıdılmış ərazilərimizin bərpası ilə əlaqədar olaraq bu proqramın birinci pilot layihəsi əsasında Zəngilan rayonunun Ağalı kəndininin yenidən salınması, infrastrukturun bərpası, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi əhalinin burada məskunlaşması üçün geniş şərait yaratmışdır. Azərbaycan Respubliasının perspektivli enerji layihələri və qlobal geosiyasət kontekstində beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı transregional proseslərin təsiri altında enerji resurslarının əsas idxalçılarının enerji balanslarının strukturunda baş verən dəyişikliklərə görə, qlobal enerji kompleksinin nəqliyyat imkanlarını təmin etmək üçün yeni tələbləri şərtləndirir. Bu baxımdan, nəqliyyat dəhlizi infrastruktur qurşağı xüsusiyyətlərini əldə edir ki, bunsuz da öz növbəsində transregional səviyyədə gücün hərəkətverici qüvvəsi kimi iqtisadi kəmərlərin formalaşması mümkün deyil. Nəqliyyat layihələri enerji ilə eyni iqtisadi və geosiyasi risklərə məruz qalır, lakin coğrafi amilin aradan qaldırılması mümkün olmadığı üçün nəqliyyat layihəsinin daha çox ölkəyə təsir etməsi prosesini daha da ağırlaşdırır. Nəticədə, iqtisadi kəmərin formalaşdırılması prinsipial olaraq fərqli geosiyasi maraqların uzlaşdırılmasının yeganə yolu ola bilər, çünki beynəlxalq səviyyədə müəyyən qərarın qəbulu zamanı iqtisadi hesablama çox vaxt daha güclü arqumentə çevrilə bilər. Bu hallara görə, beynəlxalq nəqliyyat dəhlizlərinin marşrutlarını əsaslandırarkən əsas diqqət bütün iştirakçı ölkələr üçün iqtisadi məqsədəuyğunluğun qiymətləndirilməsidir. Bununla belə, infrastrukturun pisləşmə səviyyəsini, ötürücülük qabiliyyətini və daşıma qabiliyyətini, habelə Avrasiya qitəsinin coğrafi miqyasını nəzərə alaraq, beynəlxalq nəqliyyatın tikintisi və saxlanmasına beynəlxalq birlik tərəfindən qoyulmuş kapitalın hətta sadə şəkildə təkrar istehsalını təmin edir. Dünya ticarətində liderlik edən Çinin xarici ticarətinin genişlənməsi, kapital və texnologiyanın genişlənməsi üçün əsas olacaq güclü iqtisadi münasibətlərin formalaşmasını, eləcə də iqtisadi dəhlizlərin genişlənməsini nəzərə alaraq nəqliyyat dəhlizlərinə böyük təşəbbüs göstərir. Regional İqtisadi Əməkdaşlıq Proqramı layihəsi çərçivəsində də nəqliyyat dəhlizlərinin inkişafı diqqət mərkəzindədir. Bu layihənin iştirakçıları Çin, Əfqanıstan, Azərbaycan, Qırğızıstan, Gürcüstan, Qazaxıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan ölkələridir ki, bu ölkələrin nəqliyyat dəhlizləri ilə əsas yükləri İpək Yolundan keçir. Regional İqtisadi Əməkdaşlıq fondunun 2018-ci ildə (3 rüb üzrə) investisiyalarının strukturu haqqında məlumatlara əsasən 33 milyard dollar investisiyanın demək olar ki, 80%-i nəqliyyat infrastrukturunun inkişafına yönəldilib. Bütün bunlar qlobal səviyyədə nəqliyyat dəhlizlərininin inkişaf perspektivlərini müəyyən edir. İşğaldan azad edilmiş ərazilərimzin yenidən bərpası məqsədi ilə aparılan layihələrin uğurla davam etdirilməsi respublikamızın bütövlükdə Cənubi Qafqaz regionunda mövqeyini daha da gücləndirmiş və ölkəmizdə yaranan nəqliyyat xabının inkişafına geniş imkanlar açmışdır. Qarabağın və işğaldan azad olunmuş ərazilərin nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılması, Qarabağda beynəlxalq hava limanlarının tikintisi, Qarabağın Şərq istiqamətində dəmir yol xəttlərinin, eləcə də, Horadiz-Zəngilan-Qubadlı-Laçın avtomobil yollarının tikintisi ilə bağlı yerinə yetirilmiş işlər beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da artırır.
İşğalçı Ermənistan ordusunun məğlubiyyətindən sonra imzalanan birgə Bəyanata uyğun olaraq, Zəngəzur dəhlizinin açılması region ölkələrinin inkişafına təkan verməklə, TRASEKA-nın Azərbaycan ərazisindən keçən hissəsi Bakı-Ələt-Qazı Məmməd -Yevlax-Gəncə-Gürcüstan sərhədinədək olan marşurutlarla yanaşı, Bakı – Şirvan – Saatlı – Horadiz – Megri – Naxçıvan – İrəvan marşrutlarından da ibarətdir. Qeyd etmək lazımdır ki, Zəngilanla Naxçıvan arasındakı məsafə Zəngəzur dəhlizi üzrə cəmi 40 km-dir. Bu dəhlizin bərpası Naxşıvan MR ilə bərabər, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın Qərbi Zngəzurla, həmçinin Ordubaddan keçməklə, Naxçıvan və Türkiyə ilə iqtisadi əlaqələrin perspektiv əsasını qoyacaqdır. Bu baxımdan işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı respublikamızda aparılan islahatların uğurla davam etməsi, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na dair sərəncamı respublikamızın işğaldan azad edilən ərazilərinin sosial-iqtisadi inkişafının bərpası məqsədi ilə yerli və xarici investorlar üçün əlverişli investisiya mühiti yaradılmasını şərtləndirəcəkdir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması məqsədi ilə 2023-cü ilin dövlət büdcəsində 5 milyard manat vəsaitin ayrılması nəzərdə tutlmuşdur ki, bu da Azərbaycan Respublikasının iqtisadi inkişafında mühüm rol oynayan Şərqi Zəngəzurun inkişafına və hərbi potensialımızın daha da genişlənməsinə yönəldiləcəkdir. Əvvəlki illərdə isə Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpasına 2021-ci il üzrə 2.2 milyard manat, 2022-ci il üzrə isə 2,7 milyard manat vəsait ayrılmışdır Ayrılmış bu vəsaitlər regionun nəqliyyat-logistika sisteminin yenidən qurulmasında mühüm rol oynamışdır. Şərqi Zəngəzur iqtisadi rayonunda tikinti üzrə əsas kapitala yönəldilən investisiya məbləği Böyük Qayıdış proqramının icrası ilə əlaqədar olaraq artan dinamika ilə inkişaf edir. Əsas kapitala yönəldilən investisiyalar hesabına istifadəyə verilmiş əsas fondların dəyəri isə 2021-ci ildə artaraq 2020-ci illə müqayisədə 1268,6 dəfə çoxdur. Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 2021-ci ildə Zəngilanda istifadəyə verilmiş əsas fondların dəyəri 17,55 milyon manat, əsas kapitala yönəldilmiş investisiya məbləği isə 212,15 milyon manat olmuşdur ki, bu da, Şərqi-Zəngəzur iqtisadi rayonu üzrə tikintiyə yönəldilən ümumi investisiya qoyuluşunun 24,6%-i deməkdir.
Bu investisiya vəsaitləri hesabına Füzuli hava limanından sonra 20 oktyabr 2022-ci ildə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı Qarabağda ən mühüm nəqliyyat qovşağı kimi Zəngəzur dəhlizinin hava nəqliyyat infrastrukturunun möhkəmləndirilməsini şərtləndirməklə, Azərbaycan Respublikasını beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcəkdir. Bütün bunlar region ölkələrlə yanaşı kənd təsərrüfatı üzrə geniş iqtisadi potensiala malik olan Şərqi-Zəngəzur iqtisadi rayonunda istehsal olunan məhsulların ixracının səmərəliliyini artıracaqdır. Qeyd etmək lazımdır ki, ərazilərimizin işğaldan azad edilməsindən sonra kənd təsərrüfatına yararlı məhsuldar torpaq sahələrinin artması da kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı və emalını da artıracaqdır.

Beynəlxalq əhəmiyyətli Şərqi-Zəngəzur dəhlizinin açılması yükdaşımalara sərf edilən vaxtın azaldılması hesabına istehsal olunmuş məhsulların ixracının optimallaşdırılmasına müsbət təsir etməklə yanaşı, nəqliyyat sektorunun inkişafını stimullaşdırmaqla, onun rəqabət qabiliyyətini artıracaq.
Tədqiqatlar göstərir ki, dərin nəzəri biliyi, zəkası, böyük təşkilatçılıq məharəti, səmərəli əməli fəaliyyəti ilə Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi və mədəniyyəti gətirmiş Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin 7-8 sentyabrında Bakı şəhərində tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans Aİ-nın TRASEKA proqramı əsasında Avropa-qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas və Çoxtərəfli Sazişin imzalanması və Bakı bəyannaməsinin qəbul edilməsi bu günkü uğurlarımızın təməlidir. Müəllifin Tükiyə mətbuatında dərc edilmiş Cumhuriyetimiz’de özgürlük savaşının tarihi zafer kazanmasında Haydar Aliyevin milli siyaset konsepti (https://yesiligdir.com/haber/detay/26547), Azerbaycan’ın işğalden kurtarılmış toprakları ile diğer bölgeler arasındaki ekonomik ilişkilerin geliştirilmesi için beklentiler mövzusunda (https://yesiligdir.com/haber/detay/27788) məqlələri, eləcə də Ümummilli Lider Heydər Əlyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin iqtisadi siyasət modeli: imkanlar, risklər və perspektivlər” (“Heydar Aliyev’s model of economic policy: opportunities, risks and perspectives”) mövzusunda ABŞ-ın Elm Nəşriyyat Qrupunun təşəbbüsü ilə çapa tövsiyyə olunan 320 səhifəlik ingilis dilində hazırladığı kitabı da Heydər Əliyev irsinə mühüm töhvədir.
“Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcısıdır” adlı respublika elmi-praktik konfransının dərc edilmiş materilaları hüquq elmləri, ictimai-siyasi elmlər və informasiya təhlükəsizliyi sahəsində aparılan elmi araşdırmalar böyük töhvə verəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button