Cəmiyyət

Keçmiş məhkumların məşğulluq problemləri həll edilir

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Keçmiş məhkumlar arasında məşğulluğu artırmaqla təkrar cinayətlərin azaldılması” layihəsini həyata keçirir. 2023-2024-cü illəri əhatə edən layihə çərçivəsində cəzaçəkmə müəssisələrində olan məhkumlar arasında maarifləndirmə tədbirləri həyata keçirilir.

Layihənin hədəfi, məhkumlara dayanıqlı əmək vərdişlərini aşılamaqla onları cəmiyyətə qazandırmaqdır. Tədbirlər zamanı məhkumların əmək fəaliyyəti zamanı qarşıya çıxan problemlər, məşğulluq təminatı ilə bağlı xidmətlər, mövcud sosial və hüquqi prosedurlar haqda ətraflı məlumat verilir. Heç təsadüfi deyil ki, məhkumların məşğulluq probleminin həlli, onların sosial adaptasiyasında vacib komponentdir.

İşləmək və iş yeri tapmaqda çətinlik çəkən keçmiş məhkumlar bir çox hallarda təkrar cinayət törədirlər. Bütün bunları nəzərə alaraq, tədbirlər zamanı məhkumlara məşğulluq probleminin həllinə yardımçı olan mühüm xidmətlər haqda məlumat və tövsiyələr verilir. Layihənin maarifləndirmə komponenti keçmiş məhkumlar arasında təkrar cinayətkarlığın azadılmasına fokuslanıb. Görüşlər zamanı məlumat dayanıqlığını təmin etmək məqsədiylə müvafiq qanunvericilik aktları ilə bağlı materiallar da paylanılır.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi bundan əvvəl də cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirmişdir. Təcrübə göstərir ki, məşğulluq problemi yaşayan və davamlı psixo-sosial yardım almayan şəxslər təkrar cinayət törətməyə meyilli olurlar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button