Elm və təhsil

162 saylı orta məktəbdə tədbir keçirildi – FOTOLAR

Bu gün Bakı şəhəri Səbail rayonu 162 saylı orta məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.  

Orta məktəbinin akt zalında keçirilən tədbirdə Səbail rayonunda yaşayan şəhid ailələri, Vətən müharibəsinin iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və şagird kollektivi iştirak edib. 

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirə start verilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərgiz Ələkbərova ilk öncə tədbir iştirakçılarıni, şəhid və qazı ailirlərini salamlayıb, şəhidlərin ailə üzvlərinə baş sağlığı verib. Nərgiz Ələkbərova həmçinin Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından da geniş bəhs edib
Tədbirdə məktəbin müxtəlif sinif şagirdləri 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi əks etdirən ədəbi – bədii kompozisiya səsləndiriblər.

Şagirdlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarin vətəndən qıraqda yaşamaları dan asılı olmayaraq qürbətdə də vətən adına , torpaqlarımızın işğaldan azad olunmasını boyuk sevgi ilə qeyd etdiklərini əks etdiriblər.

Rəqs və şeirlərlə davam edən tədbirdə Yeni il bayramının simvolu kimi Şaxta baba da iştirak edib. Tədbirin sonunda  şəhid və qazı ailələrinə müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki , Bakının ən qədim məktəblərindən sayılan 162 saylı orta məktəb birinci Qarabağ müharıbəsində Tərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Etibar Allahverdi oğlu Əliyevin adını daşıyır.

Məktəb 650 yerlik əsas korpusdan ibarətdir, 5 günlük və  2 növbəli iş rejimində işləyən məktəbdə  57 sinif komplektində 1689 nəfər şagird  Azərbaycan və rus bölmələrində təhsil alır. 

1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən yaradılmış qız məktəbi kimi məşhur olan məktəbin məzunlarınin hər il ali məktəblərə qəbulu da respublika təhsilində xüsusi diqqət çəkir. Eyni zamanda qeyd edək ki , 162 saylı orta məktəbin məzunlarından Cavidan Ağayev, İsmayıl Hüseynov, Əli Tağıyev , Bilal Qəmbərov 44 günlük  Qarabağ savaşında iştirak edib və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar.

Daha bir məqamı da vurğulayaq ki, məktəbin direktoru Nərgiz Ələkbərova bu vəzifəyə təyin olunana qədər direktor müavini kimi də yüksək pedaqoji fəaliyyət göstərib.

Ümumiyyətlə, Nərgiz xanım müəllimlik kimi müqəddəs peşəni daim ən ali məqamları ilə təcəssüm etdirib. Məhz bu baxımdan, məktəbin pedaqoji kollektivi və şagirdləri tərəfindən dərin hörmətlə qarşılanan Nərgiz Ələkbərova ümumilikdə Səbail rayonunun seçilmiş pedaqoqlarından hesab edilməkdədir.

Biz də Analoq.az adından fürsətdən istifadə edərək Nərgiz müəlliməyə öz işində davamlı uğurlar və yüksəlişlər arzu edirik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button