İdman

Milli komandanın sabiq futbolçusu hoteldə yıxılaraq ölüb

Nigeriya millisinin sabiq futbolçusu Castis Kristofer faciəvi hadisə nəticəsində dünyasını dəyişib. Veteran yarımmüdafiəçi hotel otağında yıxılaraq ağır xəsarət alıb.

40 yaşlı keçmiş oyunçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2001 – 2002-ci illərdə yığmaya dəvət almış Castis Kristofer 11 oyunda meydana çıxıb. O, karyerası ərzində Belçikanın “Anverpen”, Bolqarıstanın “Levski” (Sofiya) və Rusiyanın “Alaniya” klublarının da formasını geyinib/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button