Cəmiyyət

Bakı şəhərində 2300-ə yaxın avtobus dayanacaq məntəqəsi yaradılıb

Bunlardan 960-a yaxını Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilib

Bu dəfə “Min bir gecə” nağıllarında bəhs edilən, şərqdən qərbə, gündoğandan günbatana yollanan tacirlərin ticarət etməsi, özləri və dəvələrinin dincini alması üçün dayandıqları yerlərdən – karvansaralardan, müasir dillə desək, dayanacaqlardan danışacağıq. Azərbaycanda ən qədimi XIV əsrdə tikilmiş bu cür karvansaraların 4-ü Bakıda fəaliyyət göstərirdi. Bu gün həmin karvansaraları avtobus dayanacaqları əvəzləyib.
Zamanla texnologiyanın inkişafı dayanacaq məfhumunu dəyişdirdi. Belə ki, ilk müasir tipli dayanacaqların yaradılması Corc Şillibirin 1827-ci ildə ilk omnibusu ixtira etməsi və onun Paris nəqliyyatında tətbiq edilməsi ilə əlaqədardır.
O vaxtdan bəri sərnişinlərin rahatlığını təmin etmək üçün avtobus dayanacaqları günbəgün dəyişdirilib, daha da funksionallaşdırılaraq inkişaf etdirilib və bio-smart avtobus dayanacaqlarının tətbiqinə başlanılıb.
Hazırda Bakı şəhərində 2300-ə yaxın avtobus dayanacaq məntəqəsi mövcuddur. Bunlardan 960-a yaxını Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilib.

Səmayə Məmmədova

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button