Dünya

Yeni Zelandiyada fövqəladə vəziyyət elan edilib

Yeni Zelandiyanın Oklend şəhərində daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.525.az xəbər verir ki, Yeni Zelandiya hökuməti daşqınlara məruz qalan Oklenddə bir qrup orta məktəb şagirdinin Northland bölgəsindəki Vhanqari şəhərindəki mağaraları araşdırarkən sel sularından təsirləndiyi bildirilib. 15 şagird və 2 böyükdən ibarət qrupda 1 şagirdin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdirildiyi deyilib.

Şəhərdə qatar və avtobus reysləri ləğv edilib, sərnişinlərə zərurət olmadıqca səyahət etməmək barədə xəbərdarlıq edilib. Güclü yağışların müəyyən fasilələrlə gecə yarısına qədər davam edəcəyi vurğulanıb. Təcili xilasedicilər isə Oklenddə 200-dən çox kömək çağırışına cavab veriblər.

Qeyd edək ki, Oklenddə yanvar ayında 4 nəfər daşqın, fevralda isə 11 nəfər Qabrielle qasırğasının yaratdığı fəlakət nəticəsində həyatını itirmişdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button