Banner

Putin: “Qərb nasistləri kimin məğlub etdiyini unudub”

“Qərb nasistləri kimin məğlub etdiyini unudub”, – Rusiya Prezidenti Vladimir Putin 9 May Qələbə günü mərasimindəki çıxışında deyib. Putin Qələbə Günü münasibətilə Moskvanın Qızıl Meydanında açıqlamalar verib. Qərb elitasının nifrət və “rusofobiya” toxumu səpdiyini deyən Rusiya lideri sülh yolu ilə gələcək görmək istədiklərini bildirib.

Sovet əsgərlərinin abidələrinin dağıdıldığını, yerinə nasist mədəniyyətinin yaradıldığını iddia edən Putin: “Qərb nasistləri kimin məğlub etdiyini unudub”, – deyib.

Qeyd edək ki, Vladimir Putin ABŞ, İngiltərə və Çinin İkinci Dünya Müharibəsində oynadığı rolu xatırladıqlarını da vurğulayıb

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button