Siyasət

Almaniya: İrana qarşı yeni sanksiyalar paketi Aİ səviyyəsində müzakirə olunur

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse İrana qarşı yeni sanksiyalar paketi üzrə Avropa İttifaqı səviyyəsində danışıqlar aparıldığını bildirib.

Analoq.az xəbər verir ki, Sasse, Berlində təşkil edilən mətbuat konfransında İrana qarşı yeni sanksiya paketinin hazırlandığı xəbərinin xatırladılması üzərinə: “Mən təsdiq edə bilərəm ki, Aİ səviyyəsində belə bir sanksiyalar paketi ilə bağlı danışıqlar gedir. Sanksiya paketinin qəbulu Aİ-nin işidir”, – ifadələrini işlədib. Danışıqların konstruktiv şəkildə davam etdiyini bildirən Sasse, Aİ-dəki tərəfdaşlar və qurumlarla davam edən danışıqların detalları ilə bağlı indi üçün açıqlama verə bilməyəcəyini qeyd edib. Sasse Almaniyanın başqa tədbirlərin görülməsinə tərəfdar olduğunu da bildirib.

Qeyd edək ki, “Spiegel” jurnalı öz xəbərində, Aİ-nin 8 ölkəsi Almaniya ilə birlikdə İranda nümayişçilərə qarşı zorakılıq tətbiq edən şəxslərə və qurumlara qarşı yeni sanksiyalar paketi üçün təşəbbüslər irəli sürdüyünü yazıb. Məlumata görə, paketdə 31 təklif var/525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button