Cəmiyyət

Şəkidə ictimai nəzarət mövzusunda maarifləndirici tədbir keçirilib – FOTO

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi, “İctimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin həyata keçirilməsinin aktuallığı və təkmilləşdirilməsinə dair Balakən, Şəki və Zaqatala rayonlarında tədbirlərin təşkili” adlı layihə həyata keçirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

5 noyabr 2022-ci il tarixində Şəki rayonunda tədbir keçirilərək iştirakçıların “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları və əsas prinsipləri, onun işləmə mexanizmləri, praktiki məsələlər, işləmə mexanizmində üzləşilən çətinliklər barədə maarifləndirilməsi həyata keçirilərək, həmin Qanunun təbliği, ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə layihə üzrə faydalananlar ilə interaktiv dialoq platforması formatında tədbir davam etdirilmişdir. Tədbirdə 25 nəfər iştirak etmişdir.

Təşkilatdan bildirilib ki, bu tədbirlərin həyata keçirilməsi ilə ictimai fəallığın və ictimai nəzarətin artırılmasına yönələn qanunvericiliyin müddəaları və əsas prinsipləri barədə, işləmə mexanizmi və nəzərdə tutulan məsuliyyətlər barədə vətəndaşlar biliklərə yiyələnərək, təkmilləşdirilməsi ilə bağlı təklifləri irəli sürmək imkanı əldə etmiş olurlar.

Eyni zamanda, tədbirlər vasitəsi ilə iştirakçılar birbaşa maariflənərək, onların hər birinin ailə üzvləri, yaxın insanlarının tədris ediləcəklərlə bağlı informasiya əldə etmələri layihənin təsirinin əhatə dairəsini bir neçə dəfə çoxaltmış olur.

Bundan əlavə, qanunvericiliyinin müddəaları barədə maarifləndirmə vasitəsilə vətəndaşlar ilə dövlət orqanı, bələdiyyələr və s. arasında fəaliyyətin səmərəliliyinin və operativliyinin yüksəldilməsinə, vətəndaş– məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına dəstək olunur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button