Elm və təhsilİqtisadiyyatMaraqlı

Tanınmış iqtisadçı alim beynəlxalq elmi konfransda dəniz nəqliyyatının idarə edilməsində parametrik xətti proqramlaşdırma modelinin məqsədəuyğunluğunu müəyyən etmişdir

Azərbaycan Respublikasının ELM və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin aparıcı elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yadigarov Təbriz Abdulla oğlunun,“Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfransda (COIA-2022) “Azərbaycan Xəzər Dəniz Gəmişiliyi” QSC-nin nəqliyyat donanmasının optimal paylanmasının parametrik qoyuluşu (PARAMETRIC STATEMENT OF THE PROBLEM OF OPTIMAL DISTRIBUTION BY THE TRANSPORT FLEET OF “AZERBAIJAN CASPIAN SHIPPING COMPANY” CJSC) mövzusunda, iqtisad elmləri doktoru, professor Yədulla Həsənlinin sədrliyi ilə keçirilən “Sənaye və iqtisadiyyatda tətbiqlər” bölməsində, ingilis dilndə hazırlanmış təqdimatla çıxış etmişdir. Məqalədə donanmanın 4 tip gəmilərinin müxtəlif istiqamətlər üzrə 6 istismar xəttində yükdövriyyəsinə müfafiq olaraq, 1ton*mil yükdövriyyəsinə düşən xərclərin minimumlaşdırılmasının parametrik xətti proqramlaşdırma modeli qurulmuş və bu model üzrə modelin məhdudiyyət şərtlərinə daxil olan parametrin optimal dəyişmə intervalının sərhədləri faktiki rəqəmlər əsasında təyin edilmişdir. Tədqiqat işində yük axınları üzrə hesabat məlumatlarına əsasən qeyd edilir ki, yük göndərənlərin sifariş planları çox vaxt donanmada 4-15% kənarlaşma ilə icra olunur. Bu dəyişikliklər əsasən donanmanın operativ əməliyyat tənzimlənməsində nəzərə alına bilsə də, bəzi hallarda illik plan qrafiklərinin işlənib hazırlanması mərhələsində donanmanın təsərrüfat fəaliyyətinin optimal tənzimlənməsinin təşkilində iqtisadi və riyazi modelləşdirmənin tətbiqini aktuallaşdırır. Belə ki, yük daşımaların həcmlərindəki dalğalanmaların ölçüsü fərqli xarakter daşıyır və yük axınlarından asılı olaraq dəyişir. Bu baxımdan, donanmanın gəmilərinin yük axınları üzrə yük dövriyyələrindəki əhəmiyyətli dalğalanmalar olduqda gəmilərin yük axınları üzrə optimal yerləşdirilməsi problemininin müəyyən edilmiş məhdudiyyət şərtləri daxilində həll edilməsi, parametrik xətti pqoqramlaşdırma metodundan istifadə edilməsinin məqsədəuyğunluğunu məyyən edir. Bu məsələlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə çap edilmiş “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda 8-ci beynəlxalq elmi konfransın materiallarının 1-ci cildinin, 429-cu səhifəsində (PROCEDİNGS of the 8th International Conference on Control and Optimization with Industrial Applications.Volume 1.p-429-432) geniş şərh edilmişdir.
Təqdim edilmiş məqalənin nəzər-metodoloji materiallarından dəniz nəqliyyatında yük daşımaların səmərəliliyinin yüksəldilməsi məqsədi ilə parametrik və stoxastik proqramlaşdırmanın tətbiqi ilə təhlillərin və qiymətləndirilmələrin aparılmasında istifadə etmək olar.
Məqalənin materialları ilə aşağıdakı təqdimatdan və BDU-nin saytından tanış olmaq olar.
Qeyd etmək lazımdır ki, 24-26 avqust 2022-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və olduqca yüksək təşkilatçılığı ilə “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfrans (COIA-2022) keçirilib. BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədiqat Institutunun direktoru Fikrət Əliyev ənənəvi olaraq təşkil olunan və üç gün davam edən tədbirdə idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı tərəfindən 299 elmi məqalə təqdim edilmişdir. 3 gün davam edən konfransın bağlanış mərasimində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Şahin İsmayılov, Marağa Universitetinin professoru Əli Şükri, Doğu Akdeniz Universitetinin Riyaziyyat kafedrasının müdiri, professor Nazim Mahmudov çıxış edərək konfransın işini yüksək dəyərləndirib, təşkilatçılara və Universitet rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd edək ki, konfransda Azərbaycan, Türkiyə, ABŞ, Hindistan, Rusiya, İran, Ukrayna, Özbəkistan, Oman, Morokko, Qazaxıstan, Qırğızıstan, Misir və s. kimi ölkələrin tanınmış alimlərinin “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi sahələr üzrə 231 elmi məruzəsi dinlənilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə çap edilmiş “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda 8-ci beynəlxalq elmi konfransın materialları 2 cilddə nəşr edilərək konfransda məruzə edən iştirakçılara təqdim edilib. Konfransın materialların Web of Science bazasına daxil edilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button