İqtisadiyyat

“Brent” neftinin qiyməti 87 dollardan aşağı düşüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri bu ilin 25 yanvar tarixindən ilk dəfə olaraq 87 ABŞ dollarından aşağı enib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 3,87% azalaraq, 1 barelə görə 86,96 dollar təşkil edib.

Bundan başqa, WTI markalı neftin qiyməti bu ilin 11 yanvar tarixindən ilk dəfə olaraq 80 dollardan aşağı enib. Nəticədə Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 4,56% azalaraq, 79,69 dollar təşkil edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button