İqtisadiyyat

Azərbaycanda aksiz vergisi üzrə proqnoz 8 % artırılır

Azərbaycan hökuməti gələn il aksizlər üzrə daxilolmaların 1 milyard 373 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,5 % çoxdur.

Gələn il aksiz vergisinin 1 milyard 201 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 172 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 8,5 % və 1,2 % çoxdur

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button