Kriminal

Lənkəranda 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 12 nəfər tutularaq istintaqa cəlb edilib

Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 12 nəfər tutularaq istintaqa cəlb edilib. Onlardan 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Girdəni kənd sakini Fariz Baxşiyev saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən və əlindəki alət çantasından ümumilikdə 2 kiloqram 805 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər –Fərid Əskərov, Xalid Əskərov, Elsevər Məcidov, Habil Cabbarov, Fərrux Cəfərov, Seymur Zəkizadə, Ənvər Lələyev, Kamran Nuriyev, Niyaməddin Qasımov, Həbib Kələntərli və Emin Əliyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button